Dünya kosmosdan toxum idxalına başladı

Macarıstandakı bir hidrokultural istixana qurğusu, bu dəfə yer üzündə NASA-nın kosmik işi üçün hazırlanmış çeri pomidor növü toxumlarını yetişdirəcəkdir.

Marsa səyahət etmək xəyalının gerçəkləşməsi astanasında bəşəriyyət gələcəyini qurarkən kosmos həmişəkindən daha çox yer tutur. Kosmosdakı fantastik həyat haqqında isə ilk yerlərdə kənd təsərrüfatı xüsusi yerdədir. Bütün hesablar dünya xaricində davamlı bir məhsul istehsalına aiddir.

Bu tədqiqatların bir hissəsi dünyadan kənarda, yəni mövcud kosmik bazalara nəql edilən bitkilərlə təcrübələrə əsasən təşkil edilir. Digər tərəfdən kosmik mühitin yaradıldığı tədqiqat sahələrində bitkilərin toxumdan böyüməsi səyləri davam edir. Bütün bunlar təbii ki, müasir kənd təsərrüfatı texnikalarının inkişafı ilə paralel olaraq geniş vüsət alır.

kosmos pomidor agroexpert.az

Bu dəfə bir kosmik mühitdə sınaqdan keçirilmiş tərəvəzlər “dünya üçün” istehsal edən istixananın qonaqları olub. ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyasının (NASA) tədqiqat layihəsi çərçivəsində istifadə olunan çeri pomidor toxumları Macarıstanda pomidorların hidrokultural üsulla yetişdirildiyi “Veresegyház” adlı istehsal müəssisəsinə köçürülüb.

Suda 140 min pomidor bitkisi böyüyür

Pest bölgəsindəki bu istixanada bitkilərin inkişafı torpaq əvəzinə suya əsaslanan bir sistemlə təmin edilir. Davamlı və ekoloji cəhətdən təmiz bir istixana kimi hazırlanmış ərazidə zərərvericilərə və xəstəliklərə bioloji nəzarət ilə qarşılaşdırılır. 140 min pomidor fidanının olduğu istixanada suvarma və kondisioner də avtomatik həyata keçirilir.

Əslində, NASA-nın təcrübələrində bitkilər üçün yaratdığı kosmik istixana simulyasiyaları bu tip müasir istixanadan heç də fərqlənmir. NASA-nın tədqiqat layihəsi üçün xüsusi olaraq hazırlanan çeri pomidor çeşidi kosmosdakı missiyasından sonra bu dəfə yer üzündə istehsal olunacaq.

Macarıstan Astronavtlar Birliyinə (HAS) göndərilən çeri pomidorları, keçən mart ayında “Veresi Paradiscom” şirkətinin istixanasında torpağa əkilib. Hər il təxminən 500 ton pomidor istehsal olunan 1,7 hektar ərazidə yetişdiriləcək məhsullar yaxın günlərdə daxili istehlakçılara təqdim ediləcək. İlk dəfə Macar istehlakçılar tərəfindən dadılacaq “kosmosdan gətirilmiş” pomidorun ləzzəti maraqla gözlənilir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669