Dünyada çəyirtkə hücumları, fəsadları və qarşısının alınması

 Afrika qitəsində aylardı davam edən çəyirtkə işğalı artıq Orta Asiya və Şərqi Avropa ölkələri üçün təhlükə yaradır. Təsirini davam etdirən çəyirtkə hücumları bu günə qədər Afrikanın böyük bir hissəsində müşahidə edildi və artıq şimala doğru irəliləməyə başlayıb. Gündəmdə olan çəyirtkə hücumları ilə bağlı xəbərlər gəlməyə davam edərkən, insanlara maraqlı gələn bəzi suallar da var. Bəs çəyirtkə hücumları haradan başladı? Bu hücumların yaranma səbəbi nədir? Bu məqaləmizdə çəyirtkə hücumlarının yaranma səbəbləri, fəsadları və qarşısının necə alına biləcəyi haqqında məlumatlar verəcəyik.

çəyirtkə hücumları - agroexpert.az

Afrika qitəsindəki fermerlər üçün ciddi problemlər yaradan çəyirtkə işğalı artıq şimala doğru irəliləməyə başlayıb. Gündə 150 ​​kilometr məsafə qət edən çəyirtkələr daha sürətli hərəkət edə bilərlər, çünki onların uçma xüsusiyyətləri dəvar. Bəs çəyirtkə hücumları haradan başladı və çəyirtkə işğalının qarşısını necə almaq olar?

Çəyirtkə hücumları ilə bağlı bəzi maraqlı faktlar

Çəyirtkə hücumları haradan başladı?

İndiyə qədər Afrikanın böyük bir hissəsində müşahidə edilən çəyirtkə infestasiyası (hücumu) şimala tərəf irəliləməyə başlayıb. Xüsusilə əkinçiliklə məşğul olan insanlar üçün ciddi problemlər yaradan çəyirtkə hücumları, qısa müddətdə əkin sahələrindəki məhsulların talan edilməsi səbəbindən böyük problemlər yaradır.

  • Birləşmiş Millətlər Təşkilatı (BMT) Şərqi Afrika ölkələrində fermerlərin həyatını aylar boyu kabusa çevirən səhra çəyirtkə sürülərinin sayının və nəticədə təsirinin yenidən arta biləcəyini açıqladı.
  • BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dərc etdiyi hesabatda, Afrikada xüsusilə Keniya, Somali və Efiopiyada vəziyyətin kritik olduğunu bildirdi.

Bölgədəki vəziyyətin “həyəcan təbili” veriləcək səviyyədə olduğunu bildirən hesabatda, çəyirtkələrin yenidən çoxalmağa başladığı və bu sürülərin qida təhlükəsizliyinə böyük təhlükə yaratdığı bildirilib.

Hesabatda çəyirtkələrin təsirini göstərəcəyi ölkələr arasında Keniya, Somali, Efiopiya, Sudan, Eritreya, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İran və Pakistan göstərilmişdir.

Bir kvadrat kilometr əraziyə yerləşən 40-80 milyon çəyirtkə bir gün ərzində 35 min insanın yemək ehtiyatını yeyərək məhv edə bilir. Çəyirtkə sürüləri hər gün 150 kilometr məsafə qət edə bilər.

Çəyirtkə işğalının həlli sığırçın quşudur?

Osmanlı İmperiyasında çəyirtkə işğallarına məruz qalan şəhərlərdə xalq əvvəlcə öz imkanlarından istifadə edərək çəyirtkələrdən qurtulmağın yollarını axtarırdı. Əgər öhdəsindən gələ bilmirdilərsə, qoşunları köməyə çağırırdılar. Hətta 1852-ci ildə Dəməşqdə baş verən çəyirtkə işğalı zamanı köməyə bir neçə batalyon əsgər göndərildi və xalq bəladan xilas oldu. Digər tərəfdən, çəyirtkə ovlamaq üçün səy göstərənlər təşviq üçün “Şərəf medalı” ilə təltif edildilər. Kipr xalqının hazırladığı üsul isə ən çox tövsiyə edilənlər arasında idi.

Mövzuya aid yazılarda bu üsul belə təsvir edilmişdir: “Əlli metr uzunluğa və səksən santimetr hündürlüyə qədər olan bir bezdən  istifadə olunur. Bu bezin asıldığı yerin qarşısında bir çuxur qazılır və içərisi qalay və ya sink ilə örtülür. Camaat çəyirtkələri bu bezə tərəf qovur. Çəyirtkələr bezlərin yerləşdiyi yerə gəldikdə bezin üstünə çıxırlar və sürüşüb çuxura düşürlər. Çuxurun ağzındakı yerin içi qalay və ya sinklə örtüldüyü  üçün çölə çıxa bilmirlər. Çuxur dərhal torpaqla doldurulur.

Çəyirtkə ilə mübarizənin bütöv olması üçün çəyirtkələr tərəfindən qoyulan yumurtalar toplanmalı və məhv edilməlidir. Buna görə də bütün qış boyu çəyirtkə yumurtalarının toplanılmasına çalışılır. Sığırçın quşları çəyirtkə yumurtalarını torpaqdan çıxararaq yeyir və məhv edir. Bu quşlar çəyirtkə hücumlarının çox olduğu yerlərdən qorxudularaq qaçırılmamalı və ovlanmamalıdırlar. Çünki onlar təkcə çəyirtkə yumurtalarını deyil, çəyirtkələrin özlərini belə məhv edirlər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669