Dünyada get-gedə kəskinləşən koronavirusdan azad olan ölkələr

ÜST-dən xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamalarına görə dünyada 183 mindən çox yeni növ koronavirus xəstəsi qeydə alınıb. Bu xəstəliyin dünyada rekord dərəcədə artdığı, hələ də virusun ölümcül olduğu və gücünü itirmədiyi bildirilib.

Dünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə şəhərindəki mənzil qərargahında təşkilatın baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus iştirakı ilə mətbuat konfransı keçirilib. Videokonfrans şəklində təşkil olunmuş mətbuat konfransında xəstəliyin hər gün yeni və qorxunc bir rekorda çatdığını açıqlayıb.

koronavirus nə qədər yaşıyır agroexpert.az

Direktor onu da qeyd etdi ki, açıqlanan son rəqəm bir gündə gələn ən yüksək rəqəmdir.

“Bəzi ölkələrdə xəstəliyin və ölüm sayının sürətlə artması davam edir”- deyən baş direktor ÜST-yə açıqlamasında cəmi 8.8 milyondan çox Kovid-19 xəstəsinin və 465 mindən çox ölümün olduğunu vurğulayıb.

“Bəzi ölkələr uğurla virusa nəzarəti ələ aldıqdan sonra  qadağaları qaldırıb, iqtisadiyyatların yenidən açsalar da, daha sonra bu ölkələrdə xəstəlik yenidən artıb”.- Ghebreyesus əlavə edib.

Bu gün koronavirus üzrə açıqlanan dünya statistikasına görə bir çox ölkələrdə xəstə sayı 0 nəfərə endirilib.

Gürcüstanda son vəziyyət

Qonşu ölkəmiz olan Gürcüstanda Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində qeydə alınan 3  korona daşıyıcısı xaricdən daxil olub. Gürcüstan mətbuatı Gürcüstan Səhiyyə nazirinin müavini Tamar Qabunia açıqlamasını yayıb. Həmin açıqlamada Gürcüstan daxilində infeksiyanın yayılmasının dayandırılıb. 

“Bu gün istifadə etdiyimiz tədbirlər epidemioloji vəziyyətə effektiv nəzarətə imkan verir, – deyə nazir müavini qeyd edib.

Gürcüstandan əlavə dünyanın başqa bir ölkəsi son günlərdə koronavirussuz ölkələr siyahısına daxil olub.

Son virusdan azad olan ölkə Mərkəzi Avropanın cənub-qərbində yerləşən Lixtenşteyndir.             Burada ötən gün verilən məlumata görə infeksiyaya yoluxmuş 82 nəfərdən biri ölüb, 81 nəfər sağalaraq evə buraxılıb.

Xəstəlikdən azad olan ölkələr

 Xatırladaq ki, daha əvvəl Qvadelupa, Sent-Bartelemi, Dominika, Folklend Adaları, Papua-Yeni Qvineya, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Fici Adaları Respublikası,  Karib Niderlandı, Anguilla, Müqəddəs Lüsiya, Şərqi Timor, Vatikan,  Kamboca, Eritreya, Qrenlandiya, Fransa Polineziyası, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Aruba, Britaniya Vircin Adaları, Men adası,   Laos,  SintMarten, Bruney, Qrenada,Cəbəllütariq və Dominikada 

koronaviruslu xəstə qalmayıb.

Qeyd edək ki, ÜST-dən verilən məlumatına görə COVID-19 xəstəliyi dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика