Dünyada məşhur at cinsləri

Ev heyvanlarından biri, qədimdən bəri insanın ən sadiq dostlarından olan atlardır. Atların ən qədim əcdadı hesab edilən Eohippus meşə heyvanı olmaqla üçüncü dövrün ikinci epoxasında (Eosepdə) müstəqil iqlim, yumşaq tropik bitki, rütubətli və bataqlı yerlərdə yaşayıb.

Təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin yaşayan cinsi yalnız müasir atlardır. Tədqiqatçılar vəhşi atların əhliləşdirilməsini yeni eradan 3000-3500 il əvvəl olduğunu müəyyən ediblər.

Dünyada 170 at cinsi var. Onlar xüsusiyyət və davranışlarına görə soyuqqanlı və istiqanlı atlar kimi bilinirlər.

Soyuqqanlı atlar əsasən iri, ağır bədənli, əzələləri yaxşı inkişaf etmiş, sakit və yavaş hərəkətli atlardır. Yük çəkmək qabiliyyətləri yaxşıdır. İstiqanlı atlara nisbətən tez inkişaf edirlər. Soyuq iqlimdə yaşayan atlardır.

İstiqanlı atlar daha balaca bədənli, yüngüldürlər. Hərəkətlidirlər. Soyuqlanlılardan daha gec inkişaf edirlər. İsti iqlim atlarıdır.

Atların yemləndirilməsi və atlara qulluq

Ən sürətli,ən güclü,ən balaca və s. atlar haqqında bilmədiklərimiz..

Dünyanın ən məşhur atları İngilis atı və Ərəb atıdır.

İngilis atının xüsusiyyətləri

İngilis atları çox cinsli fərqli mələzləşdirmələr ilə əldə edilib. Bütün təmiz ingilis atları ərəb ayğırı və ingilis madyanlarından yaranıb. Zəkasını və dözümlülüyünü ərəb atlarından alan, böyüklüyünü və sürətini ingilis atından alan mələz qısa məsafələri çox sürətlə qaçmağı ilə məşhurdur. İngiliz atı ərəb atı ilə birgə qaçarsa çox qısa zamanda ərəb atını ötərək arada 150 metrlik məsafə yarada bilər.

İngilis at rənginə görə əsasən al və parlaq olur. Nadir hallarda qara ola bilər. Atlarda baş və ayaqlarda ağlıq ola bilər. Cidov boyu 165-170 sm-dir.  İngilis atının əhliləşmə problemi yoxdur. İngilis atı dünyada ən çox yarış atı kimi istifadə olunur. Bu at cinsi 2 yaşına çatdıqda inkişafını tamamlayır və bu yaşdan sonra qaçış dövrü başlayır. Atların yetişdirilməsi üçün 4 yaşından sonra istifadə edilir. İngilis atının hamiləlik müddəti 330-340 gün arasındadır.

Ərəb atının xüsusiyyətləri

Gözəl xarici görünüşə malik olan ərəb atının başı kiçik, alnı enli, gözləri iri və hərəkətli, burun dəlikləri enli, boynu orta uzunluqda və enli, cidovu orta, ayaqları nazik, dalı düz, beli enli, gödək, sağrısı enli, azca maili, qabaq ətrafı düzgün duruşlu, dal ətrafı bəzən azca qılıncvari, dırnağı kiçik və möhkəm, dərisi nazik, tükləri incə və parlaqdır.

İnsanlar tərəfindən mələzləşdirilərək yaradılan çox qədim at cinsi olan ərəb atının vətəni Ərəbistan yarımadası olduğu iddia edilsə də bu fikri inkar edənlər də var.

Ayğırlarda cidov hündürlüyü 150,8 sm, madyanlarda isə 148,9 sm-ə bərabərdir. Rekordçu iki yaşlı ərəb atları 1 dəqiqə 18 saniyəyə 1200 metr məsafəni qaçıb. 3 yaşında isə 3 dəqiqə 52 saniyəyə 200 metr məsafəni qət edib. Ən yüksək sürəti 1600 metr məsafəyə 1 dəq. 50 san. (Skala), 300 metrə isə 3 dəq. 29,4 san-dir. Uzaq məsafəli yürüşlərdə ərəb atı yüksək iş qabiliyyətli və davamlıdır. Bu atlar 5 sutkaya 644 km. məsafə gedə bilir.

Qarabağ atı
qarabağ atı agroexpert.az

Vətənimizin ən məşhur milli at cinsi ilk Qarabağda yetişən Qarabağ qaçağanıdır. Lakin bu cins bütün ölkədə yayılıb və başqa regionlarımızda da yetişdirilir. Milli irsin rəmzi olan Qarabağ atları hər bir azərbaycanlının qürur mənbəyidir.

Cidov boyu 144-154 sm, boynu orta uzunluqda, kiçik başı, dərin və geniş sinəsi, yaxşı inkişaf etmiş əzələləri olan orta ölçülü heyvanlardır. Bu cinsə aid atlar dəqiq və sürətli hərəkəti, ahəngdar bədən quruluşuna malikdirlər. Qarabağ atları həm də gözəl rəngləri ilə seçilir. Qarabağ cinsinin rəngi kürən, səmənd, qonur, kəhər, boz olur. Həm də parlaq qızılı-kürən olur ki, “qızılı şəfəq” də adlandırılır.

Bu gün at cinsində iki tipi fərqləndirirlər: uzun ayaqlı, yüngül bədənli qaçağan atlar və qısa ayaqlı, kök və cüssəli atlar. Qarabağ atları ideal quruluşlu ayaqlara sahib olur. Qaçışına görə hətta ən ağır torpaqda yeriyəndən sonra da ayaqları quru qalır. Çox möhkəm dırnaqlarına görə ağır yükləmələrdən sonra sürəti rahatca bərpa edir. Bir neçə yüz kilometr məsafəni asanlıqla qət edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!