Dünyada üzümçülüyün vəziyyəti

Dünyada yetişdirilən üzüm Vitis cinsinə aiddir və müxtəlif iqlim şəraitinə ən çox uyğunlaşan bir neçə növü var.

Xəzər dənizi, Qara dəniz və Aralıq dənizlərinin üzümçülük bölgələrində üzümün Avropa-Asiya Vitis vinifera növü yetişdirilir.

Amerika qitəsində Meksikadan Kanadaya, Amerika növləri V. labrusca L., V. rotundifolia, V. rupestris Sceleele, V. berlandieri Planch və s. növləri, MDB-də, Çin, Koreya, Yaponiya, Hindistanda isə – Şərqi Asiya növləri yetişdirilir. Bundan əlavə, bu növlərin spesifik hibridləri də məhşurlaşaraq geniş yayılmaqdadır.

Üzüm sənayesi Atlantik okeanının isti axını Qolfstrimin hesabına 51° şimal enindən Çilidə 39° cənub eninə, Yeni Zellandiyada 43° dərəcə cənub eninə kimi yayılıb.

Tropik iqlim şəraitində, məsələn Hindistan və İndoneziyada, üzüm bitkisi il boyu dayanmadan inkişaf edir. Bu da müəyyən budama üsullarından istifadə edildikdə ildə azı 2-3 məhsul almağa şərait yaradır.

Üzüm bağlarının qitələr üzrə yerləşmə faizi isə belədir:

  • Avropa – 72%, Asiya – 13%,
  • Amerika – 9%, Afrika – 5%,
  • Avstraliya və Yeni Zelandiya – 1%.
Rusiyada üzümçülük sənayesi 48° şimal eninə çatır. Həvəskar üzümçülük isə daha şimala uzanır.

Üzümçülük üçün ən əlverişli şərait Aralıq dənizi sahillərinin isti və mülayim zonalarında, Kaliforniya, Cənubi Afrika, Qara dəniz sahillərində, Qərbi və Şərqi Avropa ölkələrində, Rusiyanın cənub bölgələrində, Argentinadadır.

Qütblərə yaxınlaşdıqda, vegetativ mövsüm azalır. Aktiv temperaturun miqdarı azalır və kontinental iqlimi olan bölgələrdə qışın sərt şaxtaları olur, bu da üzümün becərilməsinə mane olur.

Ən yüksək dağ bağları Boliviyada dəniz səviyyəsindən 2500-3000 m hündürlükdə, Rusiyada Pamir (2300 m), Dağıstanda (1400 m), Azərbaycanda isə 1300 metr yüksəklikdə yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика