Dünyadakı qida muzeyləri

Muzey bir ölkənin, xalqın qorumaq, göstərmək istədiyi hər bir nümunəni (eksponatı) nümayiş etdirdiyi yerdir. Dünyada müxtəlif növ muzeylər var. Hətta ağıla gəlməz məzmunlu muzeylər mövcuddur. Bunlardan biri də qida məhsullarının nümayiş olunduğu muzeylərdir. Dünyanın bir çox ölkəsində mövcud olan və insanları təccübləndirən o muzeyləri sizə təqdim edirik. Dünyadakı qida muzeyləri …

  1. Süd butulka muzeyi- Amerika. qida muzeyləri haqqında məlumatlar

9 yaşından süd butulkası kolleksiyası yığmağa başlalan Paul Luke illər sonra ixtisasını da bu yöndə seçdi və südçü (fermer) oldu.  Evinə sığdıra bilmədiyi butulkalarıhaqqında üçün çox düşünüb. Bir müddət sonra isə bağçasında muzey açmağı qərara alır. Hazırda fəaliyyət göstərən muzeydə ən köhnə butulka 1890-cı ilə aiddir.

  1. Pendir muzeyi – Hollandiya.

Bildiyimiz kimi Hollandiya pendir növlərinə görə dünyada məşhurdur. Bu səbəbdən belə bir muzeyin Hollandiyada olması təəccüb doğurmamalııdır. Muzey Hollandiyanın paytaxtı olan Amsderdam şəhərində yerləşir. 1982-ci ildən fəaliyyət göstərir. Burada inək südündən hazırlanan və xüsusən də hollandların milli pendiri sayılan Qudanın (Gouda) hazırlanması haqqında ətraflı məlumat ala bilərsiz. Həmçinin, burda sərgilənən pendir növlərindən istənilənini satın almaq imkanınızda var.

  1. Sosiska muzeyi – Almaniya.

Yəqin bu muzey niyə açılıb deyə sual verirsiniz? Səbəbi odur ki, Berlinlilərlə Hamburqlular arasında illərdir davam edən sosiska rəqabəti-çəkişməsi var. Belə ki, hər ikisi sosiskanın özünə aid ixtira olduğunu, daha yaxşısını özləri etdiklərini iddia edirlər. Soyuq müharibə zamanı bu rəqabət dahada böyüdü. Elə sosiska muzeyidə həmin illərdə Berlində açıldı. Bu muzeydə hər növdə sosiskaya rast gəlmək mümkündür. Hətta burada sosiska hazırlamağı və servis (təqdim) etməyi də öyrənmək mümkündür.

  1. Ramen muzeyi – Yaponiya

qida muzeyləri -yemək muzeyləri haqqında maraqlı məlumat Yaponlar şöhrəti dünyaya yayılan ramenə (Yapon əriştəsinə) muzey yaradıblar. Ramen Yaponiya yemək mədəniyyətinin bir parçaısıdır. Qaynadılmış suda qarışdırıla biləcək halda satışa çıxdığı 1958-ci ildən bu yana ölkədə böyük məşhurluq qazanıb. Artıq təkcə yaponiyada deyil, dünyada məşhur olan ramenə muzeyin açılması təəccübləndirici görünmür. Muzeydə ramenin növləriylə bərabər onunla hazırlana biləcək yemək növləri, reseplər nümayiş olunur. Muzeyin altındakı iki mərtəbə Tokionun Şitamaçi məhəlləsinin 1958-ci il görünüşünün canlanmasına həsr olunub. Burada yerləşən 8 restoranda muzeydə nümayiş olunan ramen növlərinin dadına baxmaq mümkündür. Hədiyyəlik əşya mağazasından isə şokoladlı ramen ala bilərsiz.

  1. Xardal muzeyi – Amerika.

Qəribə bir muzey daha. Amerikada yerləşən Xardal muzeyi. Bu muzeyin başqalarından çox fərqli hekayəsi var. Belə ki, ABŞ-ın Viskonsin əyalətindəki Barry Levonson adlı bir komanda tərəfdarı, komandası məğlub olduqdan sonra mağazasındakı xardal rəfini uzun müddət qeyri ixtiyari  izləməyə başlayıb. Özünə gəldikdən sonra bu xardalın ona nəsə izah etməyə çalışdığını düşünüb. Bir müddət sonra xardal kolleksiyası yığmağa başlayıb. Bu da zamanla xardal muzeyinin açlmasına səbəb olub. Barry Levensonun 1980-ci ildən bəri topladığı xardallar sayəsində yaranan muzeydə hal-hazırda 60-dan çox ölkəyə aid 5min 300 xardal növü sərgilənir. Həmçinin bu növlərin satışı da təmin olunur.

  1. Şokolad muzeyi- Türkiyə. 

qida muzeyləri-yemək muzeyləri haqqında maraqlı məlumatlar İlk olaraq onu qeyd edək ki, dünyanın bir çox ölkəsində şokolad muzeyi var. Məsələn, ən məşhurlar sırasına Belçika və Almaniyadakı muzeylər daxildir. Lakin aralarında daha maraqlı olan biri də var. Pelit Şokolad muzeyi Türkiyədə Esenyut şəhərində yerləşir. Bura girərkən insan özünü şokolad şəhərində hiss edir. Muzey 5 bölmədən ibarətdir. Giriş hissə çox rəngərəngdir. Əsasda şokolad şəlaləsi, Nuhun Gəmisi, böyük şokolad ev diqqəti cəlb edir. Digər bölmələrdə isə Kız kulesi, Sultan Əhməd Məscidi kimi tarixi yerləri, Atatürk, Fatih Sultan Mehmed, Hitler kimi önəmli şəxsiyyətləri, Pablo Picassodan tutmuş bir çox mədəniyyət və incəsənət insanlarının şokolad heykəllərini görə biləcəksiniz. Xüsusi olaraq uşaqlar üçün şokolad və tort hazırlama bölməsi də var.

  1. Yanmış yemək muzeyi- Amerika. qida muzeyleri-yemək muzeyləri

Qeyri-adi muzeylərdən daha biri. Yanmış yeməklər muzeyi ABŞ-ın Virciniya əyalətində yerləşir. Bu muzeyin yaranma hekayəsi isə, Deborah Conant bir axşam dostlarına yemək bişirərkən yandırmasıyla başlayır. Biz zaman sonra o bu yeməklərin sərgilənə biləcək hala gəlməsinə səbəb olur. Bu muzeyi ziyarət etdikdə fəqrli hislər yaşaya, gülüşlə oranı tərk edə bilərsiniz. Çünki artıq yeməyi yandırdıqda deyə biləcək bir bəhanəniz olacaq.

  1. Zeytun yağı muzeyi  Türkiyə. Çanakkaledə 2001-ci ildə, 2017-ci ildə isə İzmirdə açılıb.

 

  1. Milli Makaron muzeyi – İtaliya. 1889-cu ildə Romada açılıb. Muzeydə müxtəlif makaron növləri, makaron bişirməyin düzgün qaydaları, ən qədim makoron bişirmə alətləri və hatta makaron yeyən şəxslərin gülməli fotoları ilə tanış ola bilərsiniz.

 

  1. Qida Muzeyi – İveçrə. Dünyadakı ilk qida muzeyidir. 1985-ci ildə yaradılıb. Həmçinin çox gözəl mənzərəsi var.

 

  1. Tullantı meziyi – ABŞ. Nyu-Yorkda iki mərtəbəli bina. Bir zamanlar ev əşyası olan, qida məhsulu kimi istifadə olunan lakin artıq atılan məhsulların ən maraqlıları seçilərək muzeydə sərgilənir. Olduqca qəribə və diqqət çəkən bir yerdi.
Azərbaycanda çörək muzeyinin olduğunu bilirdiniz?

qida muzeyləri - yemək muzeyləri haqqında maraqlı məlumatlarDünyanın bir çox ölkəsində çörək muzeyi var. Məsələn, Rusiya və Almaniyadakı çörək muzeyləri ən tanınmış muzeylər sırasındadır. Azərbaycanda Ağdam şəhərində də belə bir muzey fəaliyyət göstərib. 1983-cü ildə ilk ziyarətçilərini qəbul edib.  Çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında olan bu muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Muzeydə 2800-ə yaxın eksponat var idi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107