Dünyanın ən faydalı meyvəsi
Azərbaycanda almanın 300 qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan 60 sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Bundan əlavə alma çox vitaminlərlə zəngindir, onunla əlaqədər bugünki məqaləni dünyanın ən faydalı meyvəsindən sizə həsr edirik…

Faydalı meyvə
Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur.
İngilis alimləri belə hesab edirlər ki, dünyanın ən xeyirli meyvəsi almadır.
Almanın faydaları nələrdir?
- Alma ürək-damar xəstəliklərinin yaranmasını aradan qaldırır. İmmuniteti gücləndirir. Həmçinin, Britan alimlərin fikrincə, almanın tərkibində bir çox xəstəliklərin qarşısını almağa kömək edən, qanda xolesterinin səviyəsini normallaşdıran, çoxlu sayda C vitamini, antioksidantlar mövcuddur.
- Alma şirəsi ağız boşluğunda olan bakteriyaların fəaliyyətini neytrallaşdırmağa kömək edən maddələrlə zəngindir. Bundan əlavə almanın tərkibində olan fitonutrientlər müxtəlif beyin xəstəliklərinin riskini azaldır. Bir alma 70-100 kaloridən ibarət olur.
Amerikan alimlərin apardıqları araşdırmalar zamanı isə subut olunub ki, başqa meyvələrlə müqayisədə gün ərzində 1 alma yemək döş xərçənginin inkişafı riskini azaldır. Gün ərzində 5 alma yemək isə respirator xəstəliklərinin yaranma ehtimalını qısaldır.

Danimarkanın Milli institutunun mikrobioloqları hesab edirlər ki, gündə bir alma yemək, həzm prosesini normaya salır və xeyli yaxşılaşdırır.
Həmçinin də bu meyvə, xeyirli bakteriyaların həzm olunmasına da kömək edir. Gündə alma yemək, bakteriyaların piy turşuluqlarının yaratmasına kömək edir və bağırsaqların balansının normal işləməsini təmin edir.
Pektinlə zəngin olan alma gündəlik rasionda layiqli yer tutmalıdır. Hər gün alma yemək insanın cavan qalmasına da müsbət təsir göstərir.