Düzgün qidalanma saatları

Sən demə sovet vaxtı öyrəşdiyimiz gündə 3 dəfə qidalanma rejimi tamamilə daxili cədvəlimizə tərs imiş. Bəlkə də buna görə çoxumuz artıq çəkidən və həyatımızdan narazıyıq. Bəs daxili biosaatımıza uyğun düzgün qidalanma necə olmalıdır?

Deyirlər qədim tibet müdrikləri bu qənaətə gəliblər ki, orqanizmin günlük bioritmindən əlavə, hər orqanın özünə məxsus cədvəli mövcud imiş.  Bu cədvələ uyğun yaşasaq nəinki yaxşı əhval-ruhiyədə olacayıq, həm də qocalmanı gecikdirəcəyik. Qida faydalı olsun, heç zaman aclıq çəkməyəsiniz, çox yeməyəsiniz və eyni zamanda formada qalasınız deyə, qidalanma rejiminizi həzm bioritmi ilə uyğunlaşdırın vəssəlam.

Səhər 6:00-7:00

İnsan bioritminə əsasən vücudumuz səhər 6 və 7 arası oyanır. Bu zaman bütün orqanlar aktivləşməyə başlayır. Səhər ac qarnına limonlu ilıq su içmək-həzmetmə sisteminə tez oyanmağa kömək edir, bədəndən toksinləri qovur, ciyəri təmizləyir və orqanizmə əlavə tonus verir.

Səhər 7:00-9:00

Bu vaxtlarda mədə suyu az miqdarda ifraz olunduğu üçün çox qidalanmaq məsləhət deyil. Zülal və yağlar bu aralıqda demək olar ki, həzm olunmur. Səhər yeməyini gecikdirin, çay və ya şirə için, alma yeyin.  (alma çox effektivdir)

Səhər 10:00-12:00  (qəlyanaltı)

Saat 10-da mədə tam oyanır və onun işi aktivləşir, səhər yeməyinə başlamaq olar. Bax bu zaman aralığında nə istəsəniz yeyə bilərsiniz. Mədə bu vaxtlarda maksimal aktiv olur, ağır yeməklər də yeyə bilərsiniz.

15:00-17:00  (nahar)

Bu zaman dilimi nahar üçün ən gözəl vaxtdır. Bizim hal-hazırda nahar vaxtımız həzm bioritmimiz ilə qətiyyən üst-üstə düşmürmüş. Alışdığımız 13:00-15:00 arası orqanizmimiz “yuxu vəziyyətində” olur, aktivliyi minimaldır, ona görə bu vaxtlarda ümumiyyətlə heç bir şey yeməmək lazımdır.

16:00-17:00  (bol su iç)

Saat 16:00-da yüngül aclıq hissi keçirə bilərsiniz. amma bu zaman dilimi ən yaxşısı maye içməkdir, çünki qanda axşama doğru parçalanma məhsulları və toksik maddələr toplanır. Bunları çoxlu təmiz su, kompot, şirələr vasitəsi ilə vücudumuzdan kənarlaşdırmaq lazımdır.

20:00-20:30  (şam)

Şam yeməyinin ən yaxşı vaxtıdır. Baxmayaraq ki, bir çox dietoloqlar axşam yeməyi üçün ən son saatın 19:00 olduğunu söyləyirlər, 20:00 həzm bioritmi baxımından ideal şam yeməyi vaxtıdır. Əsas odur ki, yüngül məhsullar istifadə edin: süd məhsulları, tərəvəz, balıq və sair.

21:00-6:00

Axşam 9-dan sonra qida qəbul etməməyə çalışın, çünki bədən istirahət etməlidir artıq. Yaddan çıxarmayın ki, sağlam yuxu üçün 22:00-a kimi yatmaq lazımdır.

Mənbə:

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Düzgün qidalanma saatları

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!