Duzsuz xiyar turşusu

Günbəgün hipertoniya (qan təzyiqi) , ürək çatışmazlığı və böyrək xəstəlikləri artır. Buna səbəb duzun istifadəsinin həddindən artıq olmasıdır. Bir halda ki, duz bu qədər ziyanlıdır, tərkibində çox yüksək miqdarda duz olan süfrənizin əvəzolunmazı turşulardan məhrum mu qalacağıq? Əlbəttə ki, xeyr. Agroexpert.az turşu sevənlər üçün duzsuz xiyar turşusunun hazırlanma qaydasını təqdim edir.

xiyar turşusu hazırlanma qaydası
duzsusz xiyarın hazırlanma resepti

Tərkibi:

  • 10 ədəd kiçik ölçülü xiyar
  • yarım litr su
  • 400 ml sirkə
  • 3-4 xörək qaşığı şəkər tozu
  • 7 diş xırda doğranmış sarımsaq
  • 1 çay qaşığı xardal toxumu
  • 1 xörək qaşığı şüyüd toxumu
  • 1/4 çay qaşığı qırmızı pul bibər
  • yarım xörək qaşığı rozmarin

Duzsuz xiyar turşusu. Hazırlanma qaydası:

Bir qaba su, sirkə, şəkər tozu, doğranmış sarımsaq, xardal toxumu, şüyüd toxumu, qırmızı pul bibər və rozmarini töküb 2-3 saat kənarda gözlədin. Bankanı qaynar su ilə sterilizə edin. Xiyarları yuyub sterilizə olunmuş bankaya yerləşdirin. Kənarda gözlətdiyiniz qarışığı bankaya dolana qədər doldurun. Qapağını bağlayıb 2-3 gün sərin bir yerdə saxlayın. 2-3 gün sonra soyuducuya yerləşdirin. 10 gün sonra duzsuz xiyar turşunuz hazırdır.

Nuş olsun!

Digər Reseptlər…

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика