Əkinlə məşğul olanlara faydalı 4 mobil proqram
Günümüz mobil telefonlarsız keçmir. Mobil cihazlar çoxdan təkcə rabitə vasitəsi olmaqdan çıxıb. Bu gün mobil tətbiqlər (app) günlük yüzlərlə problemlərimizin həllində yardımçımızdır. Bu məqalədə əkinçiliklə məşğul olan fermerlərə yardımçı olacaq mobil proqramlar (app) haqqında bəhs edəcəyik.
Connect Mobile. 
Bu app texnikaya nəzarət üçündür. Texnikaya WiFi vasitəsi ilə qoşulur, monitor, optimizasiya edir və texnikanı daha yaxşı anlamağa, istifadə etməyə yardım edir. Həmçinin yığılan məlumatları internet vasitəsi ilə, John Deere əməliyyat mərkəzinə də ötürə bilir.
iPad-lərdə çalışır.
AkerScout
Əkinləri araşdırma üçün nəzərdə tutulub. Dərhal diqqət tələb edən zədə və zərərləri aşkara çıxarır. Yüksək keyfiyyətli aerofotolar yükləndiyi zaman əlavə funksionallıqları işə düşür. Bir çox növ məhsulları analiz edə bilir: qarğıdalı, lobya, çuğundur və sair. Həmçinin müxtəlif zərərvericilər, xəstəliklər bazası mövcuddur.
Android, iPad və iPhone-larda çalışır.
Farmobile Notes
Pulsuzdur. Farmobile izləyici istifadə edən fermerlərə imkan verir ki, məlumatları mobil telefonun ekranından izləsin. İstifadəçilər geodata və tarix qeyd olunmuş şəkillər, yazılar göndərə bilirlər.
Android, iPad və iPhone-larda çalışır.
AgriXP
Fermerlər və onların məsləhətçiləri üçün birbaşa əkin sahələrində izləmə aparmaq üçün yazılmış proqramdır. Əkinin bütün hərəkətlərini izləyir və lazım olduqda excel, pdf fayllara export da edir. Görüləcək işləri təqvimdə qeyd eləmə imkanı mövcuddur.
İnternetdə əlçatandır.
Mənbə: aggeek.net