Eko, bio və orqanik-fərqi nədir?
Çox təəssüf ki, insanlıq maddi planda inkişaf etdikcə mənəvi dəyərlər arxa plana keçir. Aqrosektor insanlığa yarandığı gündən təmiz və sağlam qida verir, amma son vaxtlar bəzi “biznesmenlər və marketoloqlar” insanları aldatmağa çox meyl edirlər. At ətindən dönər, halal markalı donuz ürünlü kolbasa, saxta düyü artıq təəssüf ki, alışdığımız duruma çevrilib. Son dövrdə dəbdə olan yalanlardan biri də orqanik məhsul terminidir. Təbii ki, kənd yumurtası normal yumurtadan 2 dəfə bahadır. Bu da insanları aldatmağa meyl etdirir. Dəfələrlə vurğuladığımız kimi saytımızın əsas mənəvi dəyərlərindən biri insanımıza sağlam qidalanma adəti, mədəniyyəti aşılamaqdır. Ona görə bugünkü yazımızda eko, bio və orqanik terminlərinin izahını və fərqlərini göstərməyə çalışacayıq.
Avropada orqanik məhsul mədəniyyəti 30 ildir formalaşıb, bu məhsullar üçün xüsusi yerlərdə satış təşkil edilir.
Ekoməhsul
Ekoməhsul əslində eyni kimya sənayesi zibilidir (belə adlandırmağımın bir çox səbəbi var). Bunlar yuyucu məhlullar, xüsusi qablar, texnika vəsairdir. Bunların adı ekoməhsul olsa da bu o demək deyil ki, insana zərərli deyil (buna görə zibil deyirəm. Belə məhsullar çox vaxt kanserojon maddələr əmələ gətirir). Bu adı ona görə qoyublar ki, guya bu məhsullar təbiətdə əvvəlkilərdən fərqli olaraq daha tez çürüyür və zərəri nisbətən azdır. Məsələn adi yuyucu məhlul təbiətdə 100 ilə dağılırsa, ekoməhlul 10 ilə məhv olur.
Bax burdan da aldatma meydana çıxır. Südün üstünə yazır məsələn ekomoloko. Bu südün yox, sadəcə qablaşdırmanın ekoməhsul olduğu anlamına gəlir, süd isə elə həmən süddür.
Orqanik
Məhz bu məhsullar insanlara zərərli deyil, heç bir kimyəvi, pestisid, herbisid və GDO (GMO) istifadı olunmadan hazırlanır. Belə məhsullar qida, geyim, tekstil, kosmetika, oyuncaqlar ola bilər.
İstehsalçı mütləq orqanik məhsulları xüsusi nişanlamalıdır. Aşağıdakı şəkildə dünya üzrə orqanik məhsulların loqotipləri göstərilib.
Bioməhsul
Bioməhsul anlayışı da digər aldatma variantıdır. Bu elə orqanik məhsulların adlandırılmasıdır. Amma bunu demək olar ki, kim hara istəyir yazır. Buna da çox etibar etmək lazım deyil. Biz almasaq, dırnaqarası ticarətçilər də belə yalanlara getməzlər.
Sonda onu da qeyd edək ki, orqanik məhsullar getdikcə populyar olacaq. İnsanların intellekti və imkanları artdıqca təmiz qidalanmaya tələb artacaq. Təsəvvür edin, dünya əhalisinin 12%-inin, parçaların rənglənməsində istifadə olunan maddələrə allergiyası var. Sənayedə kimyəvi maddələrin 25%-i pambıq istehsalında istifadə olunur. Sintetik parçalar isə ana təbiətə daha çox zərər verir. Orqanik məhsullar (qida, geyim vəsair) bahalı olsa da bizə və ekoogiyaya zərərli olmur, istifadı edənlərin isə həkimə tez-tez yolu düşmür.
Orqanik və sağlam qidalanma ilə bağlı saytımızda çox məqalə yerləşdiririk. Onlarla tanış olmaq üçün bu bölməyə baxın…