Ekologiyada medianın rolu

“İnternyus Azərbaycan İctimai Birliyi”nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maarifləndirmənin aparılması və vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişaf etdirilməsi” mövzusunda layihəsinə yekun vurulub. 4 ay davam edən layihənin yekununda media nümayəndələri ilə görüş təşkil olundu. Layihə çərçivəsində görülən işlər haqqında geniş məlumat verildi və Ekologiya Nazirliyinin nümayəndələri ilə müzakirələr aparıldı.

Ekspert qismində:

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai əlaqələr şöbəsinin sektor müdiri Şövkət Bəkirov; Canlı Aləmin Mühafizəsi Alyansının sədri Mənsurə Rəsulzadə və Milli Hidrometrologiya departamentinin direktor müavini İmran Əbdülov iştirak etdilər.

Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər bir şöbəsinin ölkəmizin sağlamlığı və təmizliyi üçün çalışdığını, hər zaman vətəşdaşlar arasında təbliğatlar apardıqlarını və daha yaxşı nəticələr eldə etmək üçün vətəndaşların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətti ilə (168) əlaqə saxlamağının vacibliyini qeyd etdilər.

Həmçinin jurnalistlər tərəfindən maraqlı faktlar, məlumatlar, təkliflər və suallar səsləndirildi. İradlara, təkliflərə bir tərəfli münasibət göstərmədikləri üçün jurnalistlər ekspertlərə təşəkkür etdilər. Yekun qərara əsasən ekoloji problemlərin aradan qaldırmasında jurnalistlərin bir başa dəstəyinə ehtiyac olduğu vurğulandı.

İnanırıq ki, bu tədbirin də bir faydasını görəcəyik.

Və umutmayaq ki, bütün dövlət orqanları Vətənə, xalqa xidmət etmək üçün təşkil olunub. Əlbətdə ki, onların bu xidmət prosesində qarşılıqlı əməkdaşlıqları ən vacib məsələdir. Ölkəmizdəki, şəhər və kəndlərimizdəki, cəmiyyətimizdəki hər bir problemi təkcə bir qurumun, müəssisənin üzərinə yıxmaqla, bir tədbir görməyini gözləmək yanlışdır. Vətəndaşlarla yanaşı, bu və ya digər qurumlar o problemin həll olunmasında aktiv iştirak etməlidir. Məsələn, ekologiyamız çirklənisə, buna təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil, Mədəniyyət və Turizim, Səhiyyə, Nəqliyyat, Kənd Təsərrüfat Nazirliyi və digər orqanlar reaksiya göstərməlidir. Çünki təbiət, ətraf mühit hər kəsə məxsusdur. Sağlam və rahat yaşamaq hər birimizin haqqı və istəyidir. 

Və həmçinin hər bir problemə reaksiya göstərmək, həll yolu təklif etməkdə fəal olmalıyıq. Rəsmi qurumlara müraciət etməkdən çəkinməməliyik. Vətənimizi, şəhərlərimizi, yaşadığımız hər yeri təmiz, xoş görünüşlü saxlamaq, sağlam məkanda yaşamaq üçün birgə çalışmalıyıq. Necə? Elə ilk öncə yerə zibil atmamaqla başlamalıq. Çöp qutularından istifadə etməyi unutmamalıyıq. Cərimələr, qadağalar var.Lakin biz bu qadağalara görə yox, təmiz şəhərdə, təmiz ətraf mühitdə yaşamaq istəyimiz, özümüzə hörmət üçün, daha səliqləli görünüş üçün bunu etməliyik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!