Elektron kənd təsərrüfatı-EKTİS

elektron kend teserrufati sistemiAzərbaycan Respublikası Prezidentinin 2014-cü Fərmanına uyğun olaraq aqrar sektorda şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə üç il müddətində mərhələlərlə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. Nazirliyin strukturlarında və tabeliyindəki digər qurumlarda EKTİS-in tətbiqinə başlanılmışdır.

Avropa İttifaqının (Aİ) texniki yardımı ilə 

  • “Elektron kənd təsərrüfatı” informasiya sistemi”nin strategiya sənədi,
  • “Subsidiya və siyasətə dair informasiya sistemi”,
  • aeroşəkillər və peyk təsvirləri əsasında ölkə ərazisinin yeni ortofoto xəritələrınin tərtib edilməsi,
  • informasiya və kommunikasiya texnologiyaları infrastrukturu üzrə texniki tələblər və spesifikasiyalara dair sənədlər toplusu hazırlanmışdır. 

EKTİS-nın yaradılmasında əsas məqsədlərdən biri dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların, o cümlədən barama istehsalına, pambıq, tütün və şəkər çuğundurunun becərilməsinə görə subsidiyaların verilməsi, habelə mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satışı sahəsində şəffaflığın daha da artırılması, bütövlükdə subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsi, habelə məhsul istehsalçıları (fermerlər) və onların istifadə etdikləri resurslar haqqında vahid məlumat bazasının yaradılmasından ibarətdir.

“ELEKTRON KƏND TƏSƏRRÜFATI” İNFORMASİYA SİSTEMİNİN TƏTBİQİ HƏYATA KEÇİRİLİR

“Elektron kənd təsərrüfatı” informasiya sistemi institutsional struktur islahatların tərkib hissəsi olduğunu və bu sistem formalaşdıqdan sonra fermerlərə subsidiyaların verilməsinin daha asan və şəffaf formada həyata keçiriləcəyini, eyni zamanda subsidiyaların və güzəştlərin daha sürətli və adekvat formada əldə edilməsinə şərait yaranacaq. Yeni sistem şəffaflığı təmin etməklə yanaşı, ilkin olaraq peyk şəkillərindən və ortofoto təsvirlərindən istifadə etməklə, kənd təsərrüfatlı təyinatlı torpaqların identifikasıyasını, habelə əkinlərin həcmini, bitki örtüyünə görə təsnifatlaşdırılmasını və məhsuldarlığın müəyyən edilməsi  ilə bağlı operativ məlumatların əldə edilməsinə və adekvat qərarlar qəbul etməyə də imkan yaradacaqdır.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!