Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin funksiyası və prinsipləri nələrdir
“Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” (EKTİS) – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyət prinsiplərini (fermerlərə yaxınlığı, şəffaf və səmərəli idarəetməni və innovasiyanın tətbiqini) özündə ehtiva edən, daxili və xarici sistemlər ilə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir.
EKTİS-də şəffaflıq və operativlik baxımından fermerlərin və kənd təsərrüfatı məhsullarının ilkin mərhələsindən son mərhələsinə qədər bütün biznes prosesləri əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edir.
EKTİS – kənd təsərrüfatının zamanla bütün sahələrini əhatə etməklə yanaşı,
- daxili və xarici sistemləri ilə inteqrasiya imkanlarının genişləndirilməsinə,
- kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyinin qurulmasına,
- proseslərin tamamlanmasına,
- analizlərin aparılmasına,
- müasir texniki həllərin tətbiqinə,
- dəqiq məlumatlara əsaslanan proqnozların verilməsinə imkan yaradır.
EKTİS-də kənd təsərrüfatı proseslərinin düzgün həyata keçirilməsi və inkişafını təmin etmək üçün nəzarət mexanizmlərinin qurulması, habelə real vaxt rejimində proseslərin izlənilməsi imkanları mövcuddur.
EKTİS-də qərar verməyə kömək edəcək və gələcək inkişaf üçün planlama işlərinin əsasını təşkil edəcək analitik hesabatların hazırlanması və modellərin qurulması, müasir dövrün əsas tələbi olan “Big Data”nın toplanılması və yaradılması imkanları vardır.
EKTİS-in əsas fəaliyyət prinsipi
- Fermerlərə yaxınlığın təmin olunması
- Şəffaf və səmərəli idarəetmənin təşkili
- İnnovasiyaların tətbiqi

EKTİS-in hədəfləri
- Aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığın və operativliyin artırılması
- Aqrar sahədə bütün isitiqamətlər üzrə dövlət siyasətinin həyata keçirilməsinə innovativ dəstək
- K/T torpaqlarının və digər təbii resursların idarə edilməsi və səmərəli istifadə edilməsinin təmin edilməsi
- Ərzaq və qida təhlükəsizliyinin təmin olunmasına dəstək
- K/T məhsul istehsalçılarının gəlirlərinin artırılması
- İnformasiya və məsləhət xidmətlərinin effektivliyinin yüksəldilməsi
- E-dövlət xidmətlərinin göstərilməsi üçün zəmin yaradılması