Əllərdə və ayaqlarda uyuşmanın səbəbi…

  • Qida menyumuzda çoxçeşidliyin olmaması,
  • Düzgün qidalanmamaq,
  • Sağlam qida növlərinə üstünlük verməmək,
  • Təbii məhsullardan istifadənin azlığı.
vitamin çatışmazlığına səbəb olan amillər

Bunlar müasir dövürdə vitamin çatışmazlığı yaşamağımıza səbəb olan amillərdir. Çox zaman orqanizmimizdə vitamin çatışmazlığının baş verdiyini anlamırıq. Bu isə xəstəlik kimi qəbul etdiyimiz hadisələrin yaranması deməkdir. Əslində isə həmin xəstəliklər bədənimizdəki vitamin və mineral əksikliyindən yaranan problemlərdir.

Üzdə, qolda, budda şişlər

A və D vitaminlərinin və əsas yağ turşuları çatışmazlığını xəbər verir. Doymuş və trans yağlardan uzaqlaşıb, təbii yağlardan istifadə edilməlidir. Qoz, badam, fındıq, yaşıl yarpaqlı tərəvəzlər və yerkökü istehlakına diqqət yetirilməlidir.

 Bel ağrısı 

D vitamini çatışmazlığından yaranan problemdir. Xüsusilə, qara dərili insanlar və yaşlılar bu problemin təhdidi altınadır. Nə yemək lazımdır? Qızıl balıq, yumurta sarısı, süd, tərkibində D vitamini olan göbələklər.

Əllərdə, ayaqlarda və ya başqa yerlərdə uyuşma

B12 və fol turşusu (B9) kimi B vitamini nöqsanlarının göstəricisidir. Birbaşa periferik sinirə bağlı bir problemdir və dəridə sona çatır. Ət yeməyənlər, yaşlı insanlar, qısa müddətdə çox çəki itirənlər promlemi yaşayanlardır. Bu simptomlar, narahatlıq, depressiya, qan azlığı, yorğunluq və hormon natarazlıqları ilə də birləşər. İspanaq, meyvə, çuğundur, lobya, yumurta,
balıq, ət, qatıq, pendir yemək faydalıdır.

Şiddətli sinə ağrısı və ya sümük əriməsi

K2 vitamini çatışmazlığından yaranır. Nə yemək lazımdır?: Pendir, soya, qaraciyər.

Şiddətli əzələ ağrıları

Maqnezium, kalsium və kalium çatışmazlığını göstərir. Ağır məşqlər, ya da başqa səbəblərdən çox tərləmələr orqanizmdə mineral itkisinə səbəb olur. Daha çox banan, badam, fındıq, balqabaq, gilas, alma, qreyfrut, brokkoli, kələm və ispanaq kimi tünd yaşıl yarpaqlı tərəvəz və meyvələrin istehlakı faydalıdır

Qadınlarda hamiləliyin yarımçıq sonlandırılması, kişilərdə sonsuzluq

Ehtimal olunan səbəb fol turşusu çatışmazlığıdır. Nə yemək lazımdır sualına cavab isə: göyərti, paxlalı bitkilər, günəbaxan tumu.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!