Əmənköməncinin faydaları və yemək reseptləri

Əmənköməncini çoxları sadəcə alaq otu, yararsız ot kimi tanıyır. Əslində isə əsil min bir dərdin dərmanı olan bitkidir. Qapımıza qədər gəlib çatan bu bitkini doğru tanımamaq, ondan istifadə etməmək “günah”olar. Ona görə də ilk olaraq sizə əmənköməncinin faydalarından bəhs edək.

Birincisi immun sistemini gücləndirir. Mədə-bağırsaqların nizamlı işləməsinə kömək edir. Qəbizliklə mübarizədə çox təsirlidir.

Digər faydalı xüsusiyyətlərinə aiddir:
  • Gözaltı şişlərə, qırışıqlara yaxşı təsir edir.
  • Qarqara kimi istifadə edildikdə: diş ətinə faydalıdır, səs batıqlığına, ağız boşluğu iltihabına qarşı təsirlidir.
  • Və diqqət edilməlidir. Təzyiq düşürücüdür. Buna görə də hamilələr, aşağı təzyiqli insanlar ehtiyatla istifadə etməlidir.
  • Sıyıq halı çibanların, yaraların, ya da egzama olan bölgənin üzərinə qoyulsa faydalı olacaq.

Əmənköməncini qida rasionumuza müxtəlif cür əlavə edə bilərik. Onun dolması, şorbası, qovurması olur. İlk olaraq dolmasını necə hazırlamaq lazımdır onu qeyd edək.

Resept – Əmənkömənci dolmasının hazırlanma qaydası.

1 kq əmənköməncini yuyun. isti suda 1-2 dəqiqə qaynadın. 2 dənə böyük quru soğanı rəndələyib 200 qram qiymə və yarım qəhvə fincanı düyü, 2 yemək kaşığı bulğuru qarışdırıb dolma içini hazırlıyın və  dolmaları bükün. Daha sonra tomat və kərə yağını tavada əridib yetəri qədər su qoyun. Hazırlanan qarışığı dolmanın üzərinə əlavə edin və qazanın ağzını örtün. 15/20 dəqiqə bişməsi bəs edir. İsti halda üzərinə qatıq əlavə edərək servis edə bilərsiniz.

Resept- Əmənkömənci şorbasının hazırlanması.

İlk olaraq yumru yarpaqları yığılır, yaxşıca yuyulur. Sonra xırda-xırda doğranılır. 2 orta ölçülü baş soğan xırda doğranıb qovrulur. 1 stəkan yumuru düyü əlavə olunub soğanla bir az da o qovrulur. Düyü qovrularkən üzərinə bir az limon sıxılır. 2 orta ölçülü kartof  xırda doğranılır. Düyünün üstə əlavə edilib bir az da qovrulur. Daha sonra 1-2 litr su əlavə olunur. Düyü bişənə qədər qaynadılır. Doğranmış göyərti əlavə olunur. Ağzını kip örtüb, odu söndürülür. Duz-istiot zövqə görə vurulur. Qazanı yorğana bükün ki, yaxşıca dəm alsın.  Üzərinə sarımsaqlı qatıq əlavə olunub yeyilir.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!