Ən acı bibər

ən acı bibərTrinidad Scorpion Moruga Blend – dünyanın ən acı bibəridir. İlk dəfə Karib dənizinin cənub hissəsində yerləşən Trinidad və Tobaqo respublikasının Moruqa rayonunda becərilmişdir.

Bibərin fövqəladə acılığından alimlər tədqiqat zamanı əleyhqazlar, 2 cüt lateks əlcək və mühafizə kostyumları ilə işləyirdilər. Bununla belə, tədqiqatçılardan birinin sözlərinə görə, əlinin dərisində yüngül yandırma hiss olunurdu.

Əgər bir balaca Trinidad Scorpion Moruga bibərini dişləmək qərarına gəlsəniz, ilk olaraq bibərin acılığını qətiyyən hiss etməyəcəksiniz. Lakin bir neçə dəqiqədən sonra acılıq səviyyəsi sürətlə artmağa başlayacaq, və sizə elə gələcək ki, sizin diliniz, boğazınız və qida borunuz odlanır. Qan təzyiqi artır, üz qızarır, gözlər isə yaşarır. Bu bibəri dadmış bəzi kəslərdə hətta qusma halları da baş verirdi.
Qeyd etmək lazımdır ki, bibərin acılığı onun yetişdirildiyi şəraitdən asılıdır. Məsələn, əgər su çatışmazlığı olubsa və hərarət çox yüksək olubsa, əlverişli mühitdə yetişdirilmiş bibərlərdən xeyli acı olacaq.
Acılıqdan əlavə, Trinidad Scorpion Moruga Blend bibər özünün meyvə ətri ilə diqqəti çəkir, bu baxımdan xörəklərə az miqdarda əlavə etdikdə xüsusi dad verir.

Trinidad Scorpion Moruga Blend 2012 -ci ilin fevral ayında ən acı bibər kimi təsdiq edilmişdir.
Buna qədər ən acı bibər Trinidad Scorpion Butch T hesab edilirdi.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673