Ən çox görünən toyuq xəstəlikləri

Ev quşlarımızda tez-tez rastlaşdığımız bəzi xəstəliklər bizi çox narahat edir və bu vəziyyəti heç cür həll edə bilmirik.Dərmanlar, təbii üsullar bu cür xəstəliklərə bəzən təsir etsə də, bəzən təsirsiz qalır. Bu vəziyyət insanı narahat edir və bütün yaşadığı quşların dincliyini pozmağa səbəb olur.

Bu yazımızda sizlərə toyuqlarda qarşılaşdığımız halları və bəzi toyuq xəstəliklərini izah etməyə çalışacağıq.

Ən başlıcası hindəki toyuqları yaxşı tanımaq və onlara ayrı-ayrı canlı kimi münasibət göstərmək lazımdır. Ayrı-ayrılıqda bütün quşları tanımaq üçün onlara qulluq edərkən, böyüdərkən diqqətli olmaq və onlara çox həssaslıqla yanaşmaq lazımdır.

Toyuqlarda bit

İndi toyuq hinində ən çox görülən vəziyyətlərdən biri bit problemidir. Bitlər heyvanları hər zaman yeyir və narahat edir. Heyvanlarınızın qidalanmasını azaldır, yumurtanın məhsuldarlığına mənfi təsir göstərir.  Bu isə toyuq sürüsünü narahat edir.

Bunun qarşısı alınmasa quşlar məhv ola bilər. Bəs bunun üçün nə etməliyik?

Əslində, çətin bir vəziyyət deyil, hinin altını beton edin və divarları sürtün, sonra üzərinə əhəng qoyun və döşəmə daxil olmaqla hər yerini ağardın. Hinin içərisini müxtəlif dezinfeksiya edən dərmanlarla dezinfeksiya edin. Bunu əsasən yay fəslində edin.

Baytarlarla məsləhət edərək bəzi dərmanlar ala bilərsiniz. Hini dezinfeksiya etdikdən sonra döşəməyə dülgərlərdən əldə edə biləcəyiniz yonqar tökürük. Əvvəlcə qabları və yuvalarını əvvəldən hazırlayırıq. Hindəki toyuqların hamısını toz və maye şəklində satılan hər hansı bir bit dərmanı ilə dezinfeksiya edin.

Məsləhət olaraq qeyd edək ki, həm ucuz, həm də təsirli Biyodust bit dərmanını apteklərdən tapa bilərsiniz.

Toyuqlarda öskürək problemi

Toyuqlarımızla əlaqəli başqa bir problem öskürəkdir. Bəs nə etməliyik?

Əvvəla, bu xəstəliyin səbəblərindən biri soyuqdur və təcrübəyə əsaslanaraq toyuqların yüksək nəm faizi ilə xəstələndiyini müşahidə olunur.

Rütubət, öskürək və burun axması heyvanlarımızın gözlərində köpüklənmə və göz altında torbalar kimi birdən çox faktorun yaranmasına səbəb olur. Toyuqlara baxılan mühitin quru olduğundan əmin olun. Və hində yaranacaq nəmişliyin qarşısını alın.

Toyuqlara vitamin, antibiotik, aspirin kimi dərmanları su ilə qataraqn verə bilərsiniz.

Toyuqlarda həzm sisteminin pozğunluğu

Toyuqlarda ən çox yayılan xəstəliklərdən biri ümumi həzm sisteminin pozğunluqlarıdır. Bu pozğunluqlar nəticəsində heyvanınız ishal alır.

Parazitli xəstəliklər bütün quşlara yoluxur. Və onların ölümünə səbəb ola bilər.

Toyuqları ishaldan necə qorumaq olar?

Bəzən heyvanların yemlərinə qatıq, qırmızı bibər və bir az duz ata bilərsiniz. Bunu həftədə bir dəfə edə bilərsiniz.

Heyvanlarda parazitlərin olub olmadığını necə bilirik?

Bunu heyvanların nəcisinə yaxından baxdıqda hərəkəti görə bilərsiniz. Bu xəstəlik bütün sürüyə yayılır, digər toyuqlar nəcisdəki hərəkəti görəndə yeməyə çalışır və bu parazit başqa toyuğa keçir.

Bu hallarda dərman müalicəsi məcburidir. Dərman müalicəsi üçün dərhal baytarla əlaqə saxlamalısınız.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669