Ən çox xiyarı Microsoft yetişdirib

Söhbət Süni Zəkadan gedir. Daha əvvəl də insanların Süni Zəka yardımı ilə bir sıra aqro problemləri həll etməyə çalışması barədə məqalələr yazmışdıq. Məsələn, heyvan dilini başa düşmək üçün bir layihə başladılıb hal-hazırda (ətraflı: bu məqalədə). Süni Zəka yardımı ilə “ağıllı” istixanalarda su, hava, istilik və günəş şüası sərfəli şəkildə istifadə edilir. 

Sentyabr ayında Autonomous Greenhouse Challenge adlı yarış keçirildi. Yarışı Vageninqen universiteti təşkil eləmişdi. Yarışda 5 komanda iştirak edirdi:

  • Microsoft qrupu-Sonoma.
  • İntel qrupu-Deep Greens.
  • Tencent qrupu-iGrow.
  • Delphy və AgroEnergy ortaq komanda-The Croperators.
  • Alimlər və proqramçılar komandası-AiCu.
  • Fermerlər komandası-Growers.

Microsoft yarışın qalibi oldu: komanda 1 m²-də 50 kq xiyar yetişdirə bildi. Yetişdirilən tərəvəzin miqdarına görə ikinci yerə fermerlər çıxdı. Təmiz gəlir üzrə də bütün komandalar arasında Microsoft Süni Zəka ilk yerə layiq oldu.

Microsoft Süni Zəka

Gördüyünüz kimi fermerlər də ən yeni texnologiyalardan geri qalmayıblar. Amma Süni Zəka inkişaf etdikcə fermer və alimlərdən daha yaxşı, daha effektiv tərəvəzçilik sxemləri hazırlayacaq.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669