Ən faydalı 3 iribuynuzlu heyvan cinsi

İnəklərin əhilləşdirilməsi e.ə 5-6 minillikdə orta Asiyada başlayıb, oradan da Asiya və Avropaya yayılıb.

Hal-hazırda yaşayan inəklər min illər əvvəl yaşamış inəklərdən və ibtidai öküzdən (Bos primigenius) törəyib. Bu heyvanlar hündürlük 180-215 sm olan iri cəsədli heyvanlardır. Onlarda buynuzlar uzun və qüvvətli olub uc hissələri yarım buruqdur. Əsasən mülayim iqlim qurşağı olan ərazilərdə yaşanıldığı təyin edilən bu heyvanların nəsli kəsilib və yeni növlər əmələ gəlib.

İnək və öküzlərdə yetişmə yerinə görə yerli və xarici cinslər var. Bu yazımızda sizlərə bir neçə çox faydalı xarici iribuynuzlu cinslər haqda məlumat verəcəyik.

HOLSTEIN (FRIESIAN)

Vətəni Hollandiya olan Holstein cinsi sütlük heyvanlardır. Almaniyanın Holstein rayonu adını bu cinsdən götürüb. Hollandiyada saxlanılan bu cins həm də ətlik üçün istifadə olunur. Lakin Amerikada yetişdirilən bu cinslər yalnız sütlük üçündür. Boyu bütün sütlük cinslərə nisbətən daha hündürdür. Dərisi nazik və yumşaqdır. Möhkəm sümük quruluşu var. Holstein inəklərdə məmələr iri, yumşaq və yaxşı formalaşıb.

Avropada südlük inəklər azaldığı üçün Holstein inəkləri ətlik cins öküzlərlə cütləşdirilir. Beləliklə ətlik xüsusiyyəti çox yüksək heyvanlar yaranır.

Cinsin soyuq hava şəraitinə dözümlülüyü yaxşı, isti iqlimlərə öyrəşmə qabiliyyəti çox pisdir.

Holstein inəklərin ağırlığı təxmini 750-800 kq-dır. Öküzləri isə 1000 kq ağırlığında olur. 7000-11000 litr süd verir. Laktasiya müddətində ortalama süd verimi ildə 8000 litrdir. Ən faydalı vaxtları ilk 6 aydır.

Bu cins haqqında daha ətraflı buradan oxuya bilərsiniz.

SIMMENTAL (FLECKVIEH / ABONDANCE / PESETA ROSA)

Vətəni İsveçrə olan simmental inək cinsi ən çox Avstriya və Almaniyada saxlanılır. Dünyada və Türkiyədə südlük inək yetişdirilməsinə görə bu cins ikinci sıradadır. Hər iki cəhətdən geniş istifadə olunan inəklər həm südlük, həm ətlik olaraq saxlanıla bilər.

inək cinsi simmental agroexpert.az

Simmental cins heyvanlan görünüşcə cəlbedici olur. Baş ağ rənglidir. Bədəni qırmızı ağ ləkələrlə və ya sarı ağ ləkələrlə gözəl görünüşlüdür. Bu xüsusiyyət ilə daim fermerlərin diqqətini çəkib.

Simmental cins inəklər ətlik qida üçün ən təlabatlı cinslərdəndir. Bəsləndiyi şəraitdən asılı olaraq bu cins danalar günlük təxmini 1100-1300 qr artırlar. Eyni zamanda ölkəmizin iqlim və ərazi şərtlərinə uyğundur. Simental heyvanlar ətin səmərəliliyi baxımından yaxşıdır. 60 – 62% ət məhsuldarlığı var.

Bu cins heyvanlara süd vermək qabiliyyətinə görə baxsaq laktasiya müddəti 300 gündür. Laktasiya müddətində bir inək ortalama 6000 litr süd verir.

Qarışıq bir cins olduğu üçün və xəstəliklərə qarşı dayanıqlılığı güclü olduğuna görə saxlanılması sərfəli heyvandır.

Simmental yoxsa holsteyn?

MONTBELIARD

Vətəni Fransanın Montbeliard ərazisdir. 1889-cu ildə rəsmi adı verilən bu cins inəklərin erkəkləri 1970-ci ildə Red Holstein cinsi ilə cütləşdirilmişdir. Dişi Montbeliard cinsi isə 1990-cı ildə Danimarka Red cinsi ilə mələzləşdirilmədə istifadə edilib.

MONTBELIARD inək cinsi agroexpert.az

Südlük yetişdirilən cinsdir. Fransa qeydiyyatında 700 min bu cins inək var. Mərkəzi və Şərqi Avropa, İtaliya, Avstriya, Şərqi Afrika, Şərqi və Cənub Amerikada saxlanılan cinsdir. Hazırda Montbeliard əsasən Holstein cinsi ilə mələzləşmədə istifadə olunur.

Rənglər parlaq qırmızı və ağdır. Qısa buynuzludur. Sakit təbiətli olduğu üçün mühitə tez bir vaxtda öyrəşir. Güclü bir əzələ quruluşuna malikdir və tez inkişaf edir. Süni mayalanma zamanı yüksək tutma dərəcəsi var. Onun südü ümumiyyətlə pendir istehsalında istifadə olunur.

Ortalama çəkisi erkəklərdə 900-1200 kq, dişilərdə 600-700 kq-dır. Süd vermək qabiliyyəti illik 7300 litrdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!