Ən gəlirli kənd təsərrüfatı sektorları hansılardır?

Gələcəyi bilmək mümkün deyil. Xüsusilə də bu gün dünyadakı iqtisadi problemli vəziyyətdə proqnoz vermək çətindir. Ancaq gələcəkdə nələrin baş verəcəyini araşdırmaq universitetə girərkən, təcrübən olmadığı yeni bir işə başlayarkən mütləq lazımdır.

Dünya son zamanlar daha sürətli dəyişir. Bu dəyişiklikdə qloballaşma və rəqəmsal texnologiyaların böyük  rolu var. Texnologiya sürətlə işçi qüvvəsini əvəz edir. Hətta zəng mərkəzlərində xidmət edənlər artıq insanlar deyil, kompüterlər müştərilərlə işləyir. Dövlətlər xərclərini azaltmağa doğru gedir.

Lakin araşdırmalar göstərir ki, bəzi iqtisadi sahələrin yox olduğu bir vaxtda kənd təsərrüfatı sahələri daha da böyüyür, inkişaf edir. Kənd təsərrüfatı məhsullarına təlabat günü-gündən artır.

Həmişə yüksək təlabat olan sahələrdən biri olan kənd təsərrüfatı sektoru əvvəlki kimi aşağı gəlir yox, yüksək gəlir vəd edir. Belə ki, ölkələrin texnoloji inkişafı nəticəsində kənd təsərrüfatı istehsalı azalır.Ona görə kənd təsərrüfatı məhsullarının qiymətləri artır. Bu, sözügedən sahənin gəlirlilik dərəcələrini artırır.

Bu sektorda yerinizi tutaraq yüksək qazanc əldə edə bilərsiniz.Bu yazımızda sizlərə ehtiyacınız olacaq ən gəlirli kənd təsərrüfatı sektorları haqqında ətraflı məlumat verəcəyik.

İlk olaraq yetişdirə biləcəyiniz kənd təsərrüfatı məhsullarını nəzərdən keçirməlisiniz. Torpaq əkinçiliyi, torpaqsız əkinçilik, susuz əkinçilik, orqanik əkinçilik kimi kənd təsərrüfat növlərini sadalaya bilərik. Əlbəttə ki, bundan fərqli metodlar da var. Ancaq sadaladığımız üsullar müasir kənd təsərrüfatı üsullarını təşkil edir.

Torpaqda əkinçilik nədir?

Torpaqda əkinçilik keçmiş əkinçilik üsulları ilə həyata keçirilir. Gübrələmə, dərmanlama, suvarma və keyfiyyətli seçilmiş toxumlar olmadan planlanmamış bir şəkildə həyata keçirilir. Torpaqda əkinçilik ənənəvi şəkildə həyata keçirilir, əkilən torpaq və toxumlar analiz edilmədən becərilir. İqlim şəraitindən asılıdır və məhsuldarlığı çox aşağıdır. Buna ibtidai kənd təsərrüfatı da deyə bilərik. Əkinçilik növü olaraq iş qurmaq üçün məsləhətli deyil.

Torpaqsız əkinçilik nədir?

NASA tərəfindən hazırlanan kosmosda böyüyən bitkilərə əsaslanan bir sistemdir. Artıq bu üsulla istehsal evlərdə və böyük istixana sahələrində həyata keçirilə bilir. Başqa bir adı suda əkinçilikdir. Suvarma kimi bir problemi yoxdur. Torpaqsız əkinçilik üçün ehtiyacınız bitkinin saxlaya biləcəyi yerüstü platforma, su və mineraldır. Bu üsulla, hətta evinizdə də torpaqsız əkinçiliklə məşğul ola və yüksək məhsuldarlıq əldə edə bilərsiniz.

Susuz əkinçilik nədir?

Qlobal istiləşməyə qarşı tapılmış bir üsuldur. Susuz əkinçilik indiki vaxtda o qədər də məşhur deyil və yeni tapılmış bir üsuldur. Tərəvəzçilikdə istifadə olunan bir vasitədir. Xüsusilə pomidor becərilməsində səmərəli nəticələr göstərir. Belə üsulla pomidor becərilməsində suvarma və bol sulu kanal kimi bir dərdiniz olmur, məhsul distillə üsulu ilə suvarılır.

Türkiyə təcrübəsinə əsasən bu üsullardan ən çox torpaqda və torpaqsız əkinçilik geniş yayılıb və yüksək nəticələr göstərməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика