Ən sürətli,ən güclü,ən balaca və s. atlar haqqında bilmədiklərimiz..

Atlar haqqında deyilir ki, daha çox həzin və şən mahnıları dinləməyi sevirlər. Sakit musiqilərə qulaq asan zaman rahatlıqla yatdıqları müşahidə olunmuşdur. Rok musiqilər isə onları həyəcanlandırır.

Atlar haqqında maraqlı məlumatlar…

Avstraliyada heç vaxt arxeoloqlar atdan qalmış qalıqlar tapmayıbar. Çünki burada vəhşi atlar olmayıb. Materikə atlar XVIII əsrdə gətirilib. atlar haqqında maraqlı məlumatlar

İndiyə qədər qeydə alınan ən sürətli yarış atı 88km/saat sürətinə çatıb. Atların dördnala orta sürəti saatda 44 km-dir

Atlar ayaq üstündə yata bilirlər. Onlar ayaq üstə yatmağı özləri seçirlər, bununla oynaqlarına istirahət verirlər.

Atların 2 yuxu fazası var və yatmaq üçün onlara 4 saat kifayət edir.

Bütün dünyada 160-dan çox at növü var. Lakin bu at növlərindən ən güclüsü ərəb atlarıdır. Ərəb atları çox təmiz və unikaldır. 

Dünyadakı ən balaca atın boyu 43sm-dir. 

Əhilləşdirilmiş atlar 25-30 il yaşayırlar. Dünyadakı ən uzun ömürlü at İngiltərədə 62 il yaşamış Qoca Billi adlı at olub. İnsan həyatı ilə müqayisə edildikdə Billi 174 il yaşayıb. Belə ki, atın həyatının birinci ilini insan həyatının 12 ili ilə müqayisə edirlər. İkinci ili – 7 il ilə, Sonrakı 3 il – hərəsi 4 ilə. 6-cı ildən başlayaraq, atın hər ili insan həyatının 2,5 ilinə uyğundur. 

Insanlarda 4 fərqli qan qrupu olduğu halda, atlarda 8 fərqli qan qrupu var.

Dadbilmə, eşitmə, görmə, qoxubilməlamisə hissi (toxunmaqla hiss etmək) olmaqla atın 5 ədəd inkişaf etmiş duyğu analizatoru vardır.

Atlar qusmazlar.

At skletində 205 sümük var.

Çox təəssüf ki, məşhur “Godfather” filmində istifadə olunan kəsilmiş at başı həqiqidir. 

Böyük şəhərlərin sıx nəqliyyatındakı orta sürət əsrlər öncəki atlar haqqında maraqlı məlumatlar öyrənatların və arabaların sürətindən çox azdır

XX əsrin əvvəllərində atlar küçələri o qədər kirlədirdilər ki, avtomobillər ətraf mühitin dostu kimi alternativ qəbul edilirdi.

İngiltərə ordusunda tank sayından çox at var. İngiltərədə hər bir atın mütləq pasportu-kimliyi olmalıdır.

Bir atın sağlamlığını yaşını onun dişlərindən öyrənmək olar.

Quruda yaşayan heyvanlar arasında ən böyük gözə sahib olan heyvandır. Gözləri bir-birindən asılı olmadan hərəkətdədir.

Ən ağır çəkili at Samson adlı ayğır olub. Onun çəkisi 1520 kq idi. Hələ ki, bu qədər çəkiyə sahib ikinci bir at qeydə alınmayıb. Odur ki, Samsonu rekordsmen adlandırmaq olar.

 

Atlara xass xüsusiyyətləri öyrənmək üçün növbəti məqaləni oxuya bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!