Ən yaxşı məqalə strukturu necə olur?!

Əgər wordpress-də məqalə yazırsınızsa Yoast Seo kimi yardımçınız var. O sizə SEO nöqteyi-nəzərdən məqalə düzgün necə yazılmalıdır deyəcək. Məqalə uzunluğu ən azı 300 kəlimə olmalı, focus keyword, şəkillərdə keyword istifadəsi, başlıqlar, linklər barədə xəbərdarlıq edəcək. Saytımızda bu barədə məqalələr yerləşdiririk. Məsələn bir məqaləmizdə düzgün açar söz seçilməsi üçün sadə qayda haqqında danışmışdıq. 

Amma yaxşı, oxunaqlı məqalə həm də düzgün quruluşa malik olmalıdır ki, mətni (kontent) oxuyucuya çatdıra biləsiniz. Oxuyucuların çoxu elə ilk dəqiqədə  məqalənizi oxumağı tərk edirlərsə və ya heç ümumiyyətlə məqalənizi açmırlarsa bunun bir-neçə səbəbi var. Gəlin bunlarla və ən yaxşı məqalə strukturu ilə tanış olaq.

Ən yaxşı məqalə

1.Başlıq hərşeydən çox oxuyucu cəlb edir. Sual şəklində başlıq qoymaq daha effektlidir.

2.Açılış sözləri çox önəmlidir. Adətən oxuyucuların 70-80%-i bu hissə maraqlı olarsa davam edəcəklər.

3.Şəkil həm mətni rəngarəng edir, həm açılış sözünü qısa edir ki, insanlar bezməsin. 

4.Alt-başlığın tək bir hədəfi var: insanlar bu parçanı oxusunlar. İnsanlara nə isə söz verin.

5.Mətnin əsas hissəsini burda yazın.

6.CTA yəni Call To Action, burda insanları aktivləşdirmək üçün nə isə edə bilərsiniz. 

7.Məqalə uzundursa yenə alt başlıq qoyub, yazıya davam etmələrinə nail olun. 

8.Burda məqalənizin nəticə hissəsini yerləşdirin. 

9.Yenə CTA məsələn, “indi alın”, “abunə olun”, “bu məqaləni də oxuyun və sair yerləşdirə bilərsiniz.

Bu məqaləni yazarkən bu modelə çox da uymadım. Demək istədiyim odur ki, hərşeyi hər zaman qaydalar uyğun eləmək olmur. Bəzən yazılar özünə tamamilə fərqli model və qəlib tələb edir. Əsas yazının mənalı olmasıdır. Çünki insanlar məqalə maraqlı gəlməyəndə çıxıb gedirlər. Yenə də alternativ olsun deyə başqa bir uğurlu məqalə modeli yerləşdirirəm. Hansı saytınızın şablonuna uyğundursa istifadə edə bilərsiniz. 

ən yaxşı məqalə

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107