Əncir ağacı necə yetişdirilir?

Əncir ölkəmizdə yetişən ən ləzzətli meyvələrdən biridir. Həm meyvəsi təzə olaraq, həm də başqa mövsümlərdə qurudularaq süfrəmizi bəzəyir. Bəs bu dadlı meyvə vecə yetişdirili? Əncir yetişdirənlər nələrə diqqət etməlidir?

Bu yazımızda sizə Azərbaycanın demək olar ki, hər bölgəsində yetişən əncir ağacının yetişdirilməsi haqqında məlumat verəcəyik.
əncir ağacı agroexpert.az

Vətəni Asiya və Şərq ölkələri olan əncir müasir əkinçilik sayəsində dünyanın hər yerinə yayılıb. Əncir ağacı dünyanın bir çox yüksəkliklərində yaşaya bilir.Dəniz səviyyəsindən başlayaraq 1700 m yüksəkliyə qədər torpaqlarda yaşayır. Başqa ağaclarla müqayisədə torpağa uyğunlaşmaq xüsusiyyəti var. Əncir ağacı xüsusi suvarma sistemi olmayan zəif torpaq tiplərində də yetişə bilir. Lakin bu bitkinin yaşadığı və bol məhsuldar olduğu əsas iqlim şəraiti quraqlıq hava şəraitidir.

Əncir meyvəsinin yetişdirilməsinə görə Türkiyə dünyada birinci sıradadır. Dünyada ən çox əncir yetişdirilməsi Türkiyənin Egey bölgəsindədir. Türkiyədən sonra Misir, Əl-Cəzair, Mərakeş, İran, Suriya bu sırada yer alır. Yaxın Şərqdən sonra ən çox əncir ABŞ, İspaniya və Braziliyada yetişdirilir.

İnadçı əncir ağacının belə olma səbəbi nədir? Ağacın çox qalın kökləri. Əncir ağacı gücünü bu köklərdən alır. Buna görə şəhərdə özünə yer tapa bilmir. Köklərinin rahat uzanacağı bir mühitə ehtiyacı var. Əncir meyvəsindən əlavə ağac olaraq da faydalı bitkidir. Ağacın ətrafı sulandığı zaman sərin olur.  Bu zaman heyvanların da rahat yaşaya biləcəyi bir mühit yaradılır. Buna görə əncir ağacı yaşanılan ərazilərdə əkilir.

Əncir ağacı yetişdirmənin incəlikləri: – nə vaxt əkilir?

Əncir tinginin əkilməsi üçün ən uyğun vaxt yatdığı vaxtdır. Əncir qışda yarpaqlarını tökür. Buna görə yarpaqsız olduğu vaxt “qış yuxusu dövrü” adlanır. Bu dövr əncir əkmək üçün ən münasib zamandır.

Əncir ağacı əkərkən nələrə diqqət yetirmək lazımdır?

Əncir ağacı əkərkən fidanlar arasındakı məsafəni düzgün təyin etmək lazımdır. 8 × 8 metrlik, 7 × 7 metr, 6 × 6 metr aralıqla əkilə bilər. Diqqətinizə çatdıraq ki, bu məsafədən daha yaxın əkmək uyğun deyil. Əncir ağacının gözəl meyvə verməsi üçün su və günəş qədər havaya ehtiyacı var. Hava ağaclar arasında sərbəst dolaşmağı bacarmalıdır.

Daha əvvəl qeyd etdiyimiz kimi əncir ağacı uzun və qalın kökləri ilə məşhurdur. Buna görə ağacın strukturlara yaxın əkilməməsinə diqqət yetirilməlidir.

Əncir ağacı budanmalıdırmı?

Bu meyvə ağacı üçün budanma çox önəmlidir. Budanmasa toplanacaq məhsul aşağı düşər. Pöhrələrin davamlı inkişafı üçün budama çox vacibdir. Keyfiyyətli və iri meyvələrin əmələ gəlməsi üçün budanma çox vacibdir. Bütün budaqların bərabər günəş işığı alması önəmlidir. Bu da yalnız düzgün budama ilə mümkündür. Əncir meyvələrinin ağırlığına görə budaqlar qırıla bilər. Budanmaq təmizlənmək üçün ən yaxşı variantdır.

Ağac nə zaman budanmalıdır?

Əncir ağacının budanması üçün ən uyğun zaman qış fəslidir. Ancaq bu zaman bir məsələdə diqqətli olmaq lazımdır! Budama işləri etmək üçün qışın daha mülayim hava şəraiti olan vaxtlarını seçmək lazımdır. Daha tez soyuqlar düşüb daha erkən axtalar başlayan bölgələrdə bu iş payız aylarında aparılır.

Ölkəmizi bütün bölgələrində əkilən əncir əsasən Abşeronda yetişdirlir. “Sarı sabahi” və ya “Sarı əncir” sortu xüsusilə Abşeronda məşhurdur. Bu sortun xoş ətri, şirin dadı, sarı rəngli nazik qabıqlı meyvələri var.

Ümumiyyətlə, Azərbaycanda əncirin 2 növü yayılıb. Bunlardan biri “mədəni əncir” adlanır və respublikada geniş miqyasda becərilir. Digəri isə “Hirkan ənciri”dir ki, o, yabanı halda Lənkəran zonasında yayılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!