Enerjiyə qənaətə kömək edən yeni havalandırma qurğusu
Bilindiyi kimi, istixanada infeksiyaların inkişafının qarşısını almaq üçün bitki sahəsindəki optimal nisbi rütubəti təmin etmək çox vacibdir.

Hollandiyanın İTB şirkəti bunun üçün istixanalardakı iqlimləri optimallaşdıra bilən və enerjiyə təqribən 25% qənaət edə bilən “GreenVent” havalandırma qurğusunu yaradıb. Yeni qurğu sistemi Gorinchemdə (Hollandiya) keçirilən HortiContact sərgisində sahibkarlara təqdim edilib.
Bu qurğu sisteminin işləmə konsepsiyası havanı istiləşmə yolu ilə qurutmaqdır.
İstixanada nisbi rütubətin azaldılması bitkilərin yarpaqlarında kondensasiya baş vermə riskini azaldır. Göbələk infeksiyasının inkişafına kömək edən məhz su damlaları və su təbəqəsidir. GreenVent qurğusu “Yeni növ yetişdirmə yolları” (və ya yeni kənd təsərrüfatı texnikası) adlandırılan prinsiplər əsasında hazırlanmışdır. Bu cihaz istixana daim havanı qızdırmaqla məşğul olan bir istilik dəyişdiricisindən ibarətdir. Enerji seçmək üçün iki üsul istifadə olunur.

Bu istilik dəyişdiricisinin funksiyaları ilə yaxından tanış olaq. Bu cihaz cihaz vasitəsiylə xarici və daxili hava qarışmır və havanın yenidən dövriyyəsi baş tutur. Həmçinin CO2 tərkibli daxili havanın bir hissəsi istixanada qalır. Bu, karbon qazının itirilməsinin qarşısını alır. Xarici hava lazımi temperatura qədər istilik blokunun köməyi ilə isidilir və yalnız bundan sonra içəri buraxılır. İstixanada hava dövriyyəsinin bərpası və daxil olan havanın təkrar istifadəsi sayəsində enerjiyə 25%-ə qədər qənaət etmək mümkün olur. İstixanada rütubət cihaz vasitəsilə əvvəlcədən isidilmiş təmiz havanın bərabər şəkildə paylanması ilə azalır.
“GreenVent” qurğusu şəffaf süni materialdan hazırlanmış bir hava kanalından istifadə edərək istixananın altından qızdırılan havanı çəkir, buna görə də istixana daxilində kölgəli sahələr yaranmır. Havanın daxil olacağı deşiklərin yaxşı düşünülmüş şəkildə paylanması sayəsində, daxil olan hava bərabər şəkildə paylanır və istixana daxilində vahid bir mikroiqlim yaradır.
Bu hava tənzimləmə qurğuları demək olar ki, bütün markaların nəzarət avadanlıqları ilə idarə oluna bilər. Asanlıqla birləşdirilə bilən modulu sayəsində cihazın istifadəsi çox asandır. Tamamilə plastikdən hazırlanmışdır, bu da uzun bir xidmət müddətinə zəmanət verir.