Ərik və gilas qiymətləri fermerlərə sərfəlidirmi?

Yaz aylarının ən sevimli meyvələrindən olan ərik yığını son bir həftədir artıq başlayıb. Bu il artıq bol məhsul götürən təsərrüfatçılar son illər bağlarından yetəri qədər məhsul götürmədiklərini vurğuladılar. Lakin bu il bol məhsul yetişdiyini və satışların istədikləri kimi olduğunu deyən fermerlər ərik yetişdirməyin gəlirli sahəyə çevrildiyini də bildiriblər.

Agroexpert.az xəbər verir ki, Ağstafa rayonunda ərik bağlarında yığım başlanıb. Bağ sahibləri həm ərik bağlarının məhsuldarlığından, həm də qiymətindən razıdırlar. Onların sözlərinə görə məhsulun miqdarı suvarılma mütəmadi həyata keçirilməsindən asılıdır. Suvarılma nə qədər vaxtı-vaxtında aparılarsa o qədər çox məhsul toplamaq mümkündür.

ərik yeni sort ərik yeni növ ərik agroexpert.az
Ərik yığımı

Hazırda bir ağacdan təxminən 60-70 kiloqram məhsul yığılır. Hətta bir ağacdan 100 kiloqram məhsul toplayanlar da var.

Bəzi fermerlər məhsulu satmaq üçün uzağa getmirlər. Beləki əriyin satışı elə bağda həyata keçirilir. Bu isə onların işini xeyli asanlaşdırır. Ağstafanın Kolxəlfəli kəndində ərik bağlarında yığım aparan fermer Rayət Şabanov: “Bu bağımızı yeni salmışıq. Cavan ağaclardır. Becərdiyimiz əriklər “Ağ ərik” dediyimiz yerli sortlardır. Şükür Allaha, həm məhsuldarlıqdan, həm də qiymətlərdən narazılığımız yoxdur, – deyə o bildirib.

Ərik qiymətləri

Ötən il əriyi kiloqramı 2 manata satdıqlarını deyən fermerlər bu il qiymətin nisbətən aşağı, 1 manat – 1 manat 50 qəpik olmasına baxmayaraq, onlara sərf etdiklərini bildiriblər. Bazarda əsas qiymət 2 manatdan başlayır. Bu qiymət həm yuxarı, həm də aşağı dəyərinə görə dəyişir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Çingiz Məmmədovun sözlərinə görə, Ağstafada son illər meyvəçiliyə maraq artmaqdadır. Hazırda rayonda 1198 hektar sahədə meyvə bağları var. Fermerlər yığdıqları məhsulları satmaqda çətinlik çəkmirlər. Alıcılar məhsulu elə bağdan alaraq paytaxta, digər şəhər və rayonların bazarlarına aparırlar.

Gilas yığımı və sortları
gilas istehsalı statistik məlumatlar agroexpert.az

İyun ayının əvvəlində gilas yığımı başlanılıb. İmişlidə gilasın əsasən 4 növü yetişdirilir. Məhsulun bol olduğunu bildirən fermerlər qiymətlərin alıcılar üçün münasib hətta satıcılar üçün baha olduğunu bildiriblər. “Öküz ürəyi” və “Zəngilan” növündən olan gilaslar daha tez yetişən sortdur.  Bu il hər ağac orta hesabla 50-60 kiloqram məhsul verib.  “Krım” gilası digər sortlarla ilə müqayisədə daha uzun müddət saxlanıla bilməsi ilə seçilir.  “Krım” növünən olan ağacın hər birindən 50-100 kiloqram məhsul əldə olunur.

Gilas qiymətləri

Gilasda da ərikdə olduğu kimi bağda satış həyata keçirilir. Bu satış zamanı 1 kiloqram gilasın qiyməti 80 qəpik – 1 manat 20 qəpik arasında dəyişir. Bazar qiyməti isə ərikdə olduğu kimidir. əsasən 1 manat 80 qəpik – 2 manat arasında dəyişən qiymət daha yüksək təklif olunur.

Bağın əsas giləmeyvəsi sayılan ağ gilasdan mürəbbə bişirilməsi üçün daha çox istifadə edilir deyə, ona tələbat da çox olur. Ağ gilasın bazar qiyməti 2 manat – 4 manat arasında dəyişir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669