Ermənistan tərəfindən işğal olunan təbii sərvətimizin miqdarı…

Ermə­nis­tan tə­rə­fin­dən iş­ğal olun­muş Azər­bay­can Respub­li­ka­sı əra­zi­lə­ri özü­nə­məx­sus geo­lo­ji qu­ru­lu­şu, yeraltı və yürüstü təbii sərvətlər i, gözəl mənzərələri ilə seçilir və çox diqqəti cəlb edirdi.

Elə məhz mənfur düşmənin Azər­bay­can tor­paq­la­rı­nı zəbt etmə­si­nin əsas sə­bəb­lə­rin­dən bi­ri də bu ərazi­lə­rin tə­bi­i sər­vət­lər­lə, o cüm­lə­dən qı­zıl ya­taq­la­rı ilə zən­gin ol­ma­sı­dır. Hə­lə 1920-ci il­də geniş tə­bi­i sər­vət­lə­rə ma­lik olan Zən­gə­zur qub­erni­ya­sı­nın il­haq edil­mə­si də bu­nun nə­ti­cə­si­dir. Zən­gə­zur əya­lə­tin­də mün­bit tor­paq­la­rı, sıx meşə­lə­ri, qiy­mət­li min­eral su və yeral­tı şirin su ya­taq­la­rı ilə ya­na­şı, bu gün də is­tis­mar edi­lən nəhəng Qa­fan, Qa­ca­ran mis-mo­libden və Liçgivaz – Tey qı­zıl ya­taq­la­rı­ vardır.

Ermə­nis­tan tə­rə­fin­dən iş­ğal edil­miş Azər­bay­can Respub­li­ka­sı əra­zi­lə­rin­də ərazilər işğal olunanadək müddətdə ehti­yat­la­rı təs­diq olun­muş 163 müx­tə­lif növ fay­da­lı qa­zın­tı ya­ta­ğı, o cüm­lə­dən: 
təbii sərvətlər kəlbəcər qızıl yatağı agroexpert.az
  • 5 qı­zıl, 7 ci­və, 2 mis, 1 qur­ğu­şun və sink, 1
  • daş kö­mür, 6 gəc, 4 vermi­ku­lit, 1 so­da is­tehsa­lı üçün xam­mal,
  • 12 əl­van və bə­zək daş­la­rı (ob­si­di­an, mər­mər­ləş­miş oniks, yə­şəm və s.),
  • 10 mi­şar da­şı, 21 üz­lük da­şı, 9 gil, 20 sement xam­ma­lı, 8 müx­tə­lif növ ti­kin­ti daş­la­rı,
  • 6 əhəng xam­ma­lı, 10 qum-çın­qıl, 4 ti­kin­ti qu­mu, 1 perlit,
  • 8 pemza-vul­kan kü­lü, 16 yeral­tı şi­rin su və 11 min­eral su ya­ta­ğı mövcud idi.

İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Həmin rayonlarda ümumilikdə 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt qalmışdır. İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalırdı.

Hal-hazırda kənd təsərrüfatında iqtisadi vəziyyət necədir? >>>

1990-cı il­lə­rin son­la­rı­na qə­dər ermənilər iş­ğal edil­miş əra­zi­lər­də azər­bay­can­lı əha­li­yə aid mül­kiy­yə­ti, evlə­ri, di­gər mad­di sər­vət­lə­ri ta­lan edib sat­maq­la və meşə­lə­ri­mi­zi qı­rıb məhv etmək­lə do­la­nır­dı­lar­sa, son­ra­kı il­lər­də bu ta­lan­çı­lı­ğın di­gər is­ti­qa­mə­ti – fay­da­lı qa­zın­tı yataqla­rı­nın qəd­dar­lıq­la ta­lan­ma­sı geniş vü­sət al­dı.

İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək

Azərbaycan Silahlı Qüvvələri tərəfindən 20 oktyabr2020-ci ildə Zəngilan şəhəri  işğaldan azad edilmişdir.

İşğaldan azad olunmuş Zəngilan rayonu yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan ərazilərdən biridir. Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri nəticəsində burada çoxsaylı müxtəlif növ faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilmişdi. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

O qeyd edib ki, 1993-cü ilədək Zəngilan rayonunda tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları:

təbii sərvətlər agroexpert.az
  • 6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı,
  • 29 milyon m3 inşaat daşı, 14 milyon  m3 çınqıl,
  • 6 618 min  m3  üzlük daşı, 
  • 1,1 milyon  m3 gil, 2,5 milyon  m3 qum,
  • gündəlik ehtiyatı 18000  m3/gün  yeraltı içməli su,
  • 129 833 min ton soda üçün əhəng materialı mövcud olub.

“Hazırda bu faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq da, Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edildiyi müşahidə olunub.Ə.Əliyev qeyd edib ki, bu gün əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərdəki, eyni zamanda Zəngilan rayonundakı mövcud yataqların istismar vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını hesablamaq, qiymətləndirmək və vurulmuş zərərin miqyasını müəyyənləşdirməkdir”.

2 thoughts on “Ermənistan tərəfindən işğal olunan təbii sərvətimizin miqdarı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика