Ərzaq məhsullarına 14.8 milyard xərcləyib

Bu ilin yanvar-oktyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,2 manat çox olub.

ərzaq məhsulları daha çox pul xərclənir

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən xəbərə görə, ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,8 manatlıq qeyri-ərzaq məhsulları alıb. 

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin
  • 45,8 faizi ərzaq məhsullarının,
  • 4,3 faizi içkilər və tütün məmulatlarının,
  • 18,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların,
  • 6,2 faizi elektrik malları və mebellərin,
  • 5,8 faizi avtomobil yanacağının,
  • 1,4 faizi əczaçılıq və tibbi malların,
  • 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 
  • 17,4 faizi isə digər qeyri-ərzaq məhsullarının

alınmasına sərf olunub. 

Ümumiyyətlə, 2018-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 29,5 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 14,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-oktyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,2 faiz üstələyib.



Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673