Ət qurusu – qaxac hazırlanması

Əti uzun müddət saxlamaq üçün bir neçə üsul mövcuddur. Onlardan biri də ətin qurudulması-qaxac edilməsidir.

Qaxac günəşdə və ya hisə verilərək qurudulmuş ətdir. Ətin qurudulma texnologiyasını şimalın köçəri xalqları kəşf edib. Lakin müasir dövrümüzdə bu texnologiya bir qədər dəyişib. Düzdür ən qədim üsullardan istifadə edərək qaxac hazırlayanlar hələ də var. Amma onların sayı da kifayət qədər azdır. Hal-hazırda müxtəlif ölkələrə aid olan kimyəvi maddələrdən, qatqılardan istifadə edərək müasir texnologiya ilə hazırlanan və satışda olan brendlər mövcuddur.

Əlavə məlumat olaraq qeyd edim ki, dünya əhalisinin böyük hissəsi ucuz olduğundan dondurulmuş ətlərdən istifadəyə üstünlük verir.

Evdə hazırlana bilən, ləzzətli qaxac…

ət qurusu-qaxacın hazırlanmasıBizdə qaxaca Qax, Balakən, Zaqatala bölgəsində rast gəlmək mümkündür. İlisu qaxacı isə olduqca məşhurdur. Bu rayonlara aid olan, sırf qaxacdan hazırlanan milli yemək növlərimiz də mövcuddur.

Ətin 100 də 75%-i su, 2-3%-i yağ, qalanı isə protein və sərt maddələrdən ibarətdir. Ətin bakteriya yaradaraq çürüməsini və iylənməsini təmin edən sudur. Suyunu doğru şəkildə quruda və düzgün şəraitdə saxlaya bilsəniz ətin ömrü uzun olar. Uyğun olanı qurumuş əti təzəykən yeməkdir. Amma aclıq və yolçuluq zamanı da sağlam və hazır qida kimi önəmli rola sahibdir.

Quru ət-qaxac hazırlamaq əslində asan, lakin səbir tələb edən bir işdir. Sirli görünən önəmli məqamları var. Bu proses bir neçə mərhələdən ibarətdir. Araşdırmamın nəticəsi olaraq əldə etdiyim məlumatlara əsasən qaxacın hazırlanmasının bir üsulunu ardıcıl şəkildə aşağıda qeyd etmişəm.

  • Ət təzə kəsilibsə “dincəlməsi, soyuması” üçün1-2 gün saxlamaq lazımdır.

  1. İlk öncə ətin üzərində olan damar və yağı diqqətlə təmizləmək lazımdır.
  2. Daha sonra yaxşıca yuyulmalıdır.
  3. Yuyulmuş və təmizlənmiş saf ətin hər tərəfi təxminən bir barmaq qalınlığında duzla örtülür.ət qurusu - qaxac hazırlanması
  4. Ətin içindəki suyun-qanın çıxmasını və qurumasını təmin edən duz zamanla bəzi hissələrində azalacaq. Hər gün yoxlanış edərkən duz azalan hissələri duzlamaq lazımdır. Yoxsa o hissə hava çəkər və xarab olar.
  5. Duzlanmış ət qəti şəkildə hava çəkməməlidir. Buna görə də qabın üzəri hava keçirməyəcək şəkildə rulon salafanla örtülə bilər.
  6. Günlük yoxlama zamanı əti tərs-düz çevirmək lazımdır.
  7. Çıxan suyun rahatlıqla axması üçün əti qoyduğumuz qabda əyrilik yaratmalıyıq.
  8. Əti bir başa günəş işığı almayan, sərin yerdə saxlamaq lazımdır.
  9. Bu şəkildə ətin tam suyunu buraxması bir həftə çəkəcək.
  10. Suyu çəkilmiş əti yaxşıca yuduqdan sonra, duzdan təmizlənməsi üçün 2-3 gün saf suda saxlamaq lazımdır.
  11. Su aradabir dəyişdirilməlidir.
  12. Duzlardan təmizlənən ət yaxşıca süzdürülür.
  13. Daha sonra ətlər birbaşa günəş işığı almayan yerdə asılaraq 2-3 gün qurudulur. (Doğranaraq hissələrə bölünmüş ətlər yorğan iynəsi ilə tək-tək yorğan sapına keçirilib, asılaraq da qurudula bilər ).
  14. Ətin üzərini tənziflə örtmək olar.
  15. Qaxac sərin yerdə saxlanılmalıdır.
  16. Dilimləyərək də saxlamaq olar.

 

Əti daha ləzzətli bişirmək üçün… Oxu.

One thought on “Ət qurusu – qaxac hazırlanması

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!