Məhsullar Məqalələr

Ət, toyuq və balığın düzgün saxlanma qaydası

Qırmızı ət, toyuq və balıq məhsullarının xarab olmaması üçün düzgün saxlanma şərtlərinə əməl olunmalıdır. Bütün bu məhsullar üçün uzun müddətlirsə dondurma, qısa müddətlidirsə soyutma üsulları tətbiq olunmalıdır və müxtəlif ət məhsullarının bir-biri ilə təmasının qarşısını almaq vacibdir.

ət toyuq balıq

Soyuducu və soyuducunun dərin dondurma hissəsi qırmızı ət, toyuq və balıq məhsullarında geniş olaraq istifadə edilən saxlama üsullarıdır. Bunları etmədikdə ət məhsulları tez xarab olur və qida zəhərlənmələrinə gətirib çıxarır. Bu səbəblə ət və balıq məhsullarını doğrayaraq ən düzgün saxlama üsuluna qərar verilməlidir. Məsələn: böyük tikə qırmızı ət və ağ ətlər doğranaraq porsiyonluq dondurulmalıdır, balıqlar təmizləndikdən sonra dondurulmalıdır. Agroexpert.az ət məhsullarının təravətini saxlaması üçün tövsiyyələri təqdim edir.

Qırmızı ət və toyuq əti necə saxlanılmalıdır?

Qırmızı ət növləri üçün soyuducu və dərin dondurucu saxlama üsulları fərqlənir. Ətin istifadə ediləcəyi qədər porsiyonlanması, doğru marinə metodlarının tətbiqi və qida ilə təmasda uyğun qabların istifadə edilməsi vacibdir. Qırmızı ətlər üçün soyuducuda və dərin dondurucuda düzgün saxlama şərtləri aşağıdakı kimi olmalıdır:

ət
  • Qırmızı ət və ağ əti bir-biri ilə təmas etməyəcək şəkildə saxlayın.
  • Ətləri istifadə edəcəyiniz qədər tikələrə bölün. Soyuducu paketi, streç salafan və ya bişirmə kağızı ilə bükə bilərsiniz.
  • Ətləri soyuducuda təzə kimi saxlamaq üçün şüşə və ya polad tərkibli qablar istifadə edin.
  • İri tikələr şəklində (quşbaşı) və biftek (dilimlənmiş halda) soyuducuda ən çox 5 gün, soyuducunun donan gözündə (dərin dondurucuda) ən çox 1 il saxlaya bilərsiniz.
  • Qiymə və içalat növlərini soyuducuda ən çox 2 gün, dərin dondurucuda ən çox 4 ay saxlaya bilərsiniz.
  • Çiy toyuğu ən çox 3 gün saxlamaq olar.
  • Ətlərin buzu açılması üçün soyuducunun alt bölməsini və ya mikrodalğalı sobanın buz açma rejimindən istifadə edin. Otaq temperaturunda ətin donunu açmağı seçim etməyin.
  • Buzu açılan ətləri dərhal bişirin və istifadə edin. Heç vaxt təkrar dondurmayın.
  • Bütün bir toyuğun buzunu açmaq üçün toyuğu paketi ilə ilə birlikdə soyuq suyun içərisinə qoyun və fasilələrlə su dəyişdirin. Həll prosesi təxminən 2 saat davam edəcək.
  • Hazırladığınız toyuq əti və qırmızı ət yeməklərini soyuducuda ən çox 4 gün saxlayın. Daha uzun müddət soyuducuda gözləyən ət xörəklərini atın.
  • Hazırladığınız toyuq əti və qırmızı ət yeməklərini dərin dondurucuda ən çox 3 ay saxlayın.
  • Ət suyu və toyuq suyunu soyuducuda 1-2 gün, dərin dondurucuda 3 ay saxlayın.

Qeyd: Kolbasa, sosiska, hisə verilmiş ət qəlyanaltısı məhsullarını açdıqdan sonra soyuducuda ən çox 2 gün saxlayın. Tək səfərdə yeyə bilmədiyiniz kolbasaları streç salafana bükərək dərin dondurucu saxlaya bilərsiniz.

Ət alarkən nələrə diqqət emək lazımdır?

İstifadə edəcəyiniz, ya da dərin dondurucu saxlayacağınız ət məhsullarını alarkən bunlara diqqət edin:

  • Ətin rəngi canlı olmalıdır.
  • Ətdə ağır bir qoxu olmamalıdır.
  • Qablaşdırılmış ətin qablarında qan yığını olmamalıdır, qabda maye çəkməsi üçün xüsusi döşəkcik (prokladka) olmalıdır.
  • Hazır qablaşdırılmış ətin qablaşdırması əzik və cırılmış olmamalıdır.
  • Hazır qablaşdırılmış ətin son istifadə tarixinə diqqət edilməlidir.
  • Dondurulmuş olaraq satılan ətlərdə rəng dəyişikliyi və buzu açılmış olmamalıdır.
Balıq necə saxlanılır?
balıq

Mövsüm balıqlarını dərhal təmizləyib bişirə və ya donduraraq istədiyiniz vaxt donunu açaraq istifadə edə bilərsiniz. Bəs mövsümün ən təzə balıqlarını düzgün dondurma üsullarını bilirsinizmi? Ya da balıqları dərin dondurucuda saxladıqda ən çox hansı səhvləri edirsiniz?

Məhz balıq növlərində düzgün saxlama üsulları:

  • Təmizlədiyiniz balıqları aldığınız gün bişirin.
  • Təmizlədiyiniz balıqları bir neçə saat soyuducuya yerləşdirdikdə təkrar salafan paketə qoymayın. Salafan paket balıqların hava almasına mane olur və balığın sürətli bir şəkildə xarab olmasına səbəb olur.
  • Təmizlənmiş və yuyulmuş balıqları buzun içinə qoyaraq soyuducuda dinləndirə bilərsiniz
  • Balıqları dondurmazdan əvvəl təmizləyin, yuyun. Yaxşıca süzüldükdən sonra dondura bilərsiniz.
  • Balıqların istifadə edəcəyiniz qədərini dondurun. Qablaşdırdıqda soyuducu paketi və streç salafan istifadə edə bilərsiniz.
  • Balıqları soyuducuya qoymazdan əvvəl duzlayın. Beləliklə donu açıldıqda ilk günkü kimi canlılıqlarını qoruyacaq.
  • Balıqları dondurmazdan əvvəl soyuducuda soyudun.
  • Balıqları otaq temperaturunda deyil, soyuducunun alt bölməsində donunu açın.
  • Donmuş balıqları donunu açdıqdan sonra təkrar dondurmayın. Əgər donunu açdığınızı balıqları istifadə etməyəcəksinizsə atın.

Qeyd: Balıqları təmizləməmiş soyuducuya qoymayın. Çünki təmizlənməmiş bir balığın mədəsində başqa balıqların qalıqları olma ehtimalı yüksəkdir. Tox bir balığın içindəki qalıqlar soyuducuya atılan balığın da xarab olmasına səbəb ola bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: