Əti əvəz edən məhsullar

Son illər insanlar müxtəlif səbəblərdən ət və ət məhsullarından imtina edirlər. Kimlərsə könüllü şəkildə vegetarian olmağa qərar verir, kimsə dieataya əməl etmək üçün, kimsə də sağlamlığına görə həkimlərin məsləhəti ilə ət məhsullarının istifadəsini azaldır. Səbəb nə olsa da insanları ən çox maraqlandıran sual orqanizmin yetərincə zülalı hansı qidalardan ala biləcəyidir.

Bu məqalədə sizə ət əvəzedici olan qidalardan danışacağıq.

Ət məhsullarını qida rasionumuzdan çıxarmalıyıq, ya yox, bu suala hələ birmənalı cavab verilməyib. Ətin faydaları və zərərləri haqqında mübahisələr hələ də davam edir. Ancaq ət yeməyən insanların diabet və ya ürək xəstəliklərindən daha az əziyyət çəkməsi danılmaz faktdır. Həm də onlar piylənməyə meyilli olmurlar. Ancaq balanslı və müxtəlif qidalarla zəngin pəhriz daha vacibdir.

Əti tərəvəz qidaları ilə əvəz etdikdə orqanizmimizdə baş verən müsbət dəyişikliklər bunlardı :

  • Mədə-bağırsağın təmizlənməzi. Heç kimə sirr deyil ki, ət məhsulları daha gec həzm olunur. Nəticədə bağırsaqda toksinlər əmələ gəlir. Belə ağır qidaların olmaması həzm prosesini daha da asanlaşdırır.
  • Arıqlamaq. Ət zülalları olmadıqda təbii olaraq arıqlama baş verir. Bitki qidalarında daha az kalori olduğundan bədəndə artıq mayenin saxlanmasına kömək etmir. Ancaq bunun əks tərəfi də var. Un məmulatlarından çox istifadə etmək olmaz, çünki karbohidratlar artıq çəki almağınıza səbəb olacaq. Yemək rasionunuz balanslı olmalıdır.
  • Şişkinlik və qan təzyiqinin azalması. Burada da hər şey sidik ifrazının artması səbəbindən baş verir. Artıq maye sidiklə birlikdə bədəndən xaric olunur və bunun nəticəsində şişkinlik azalır, hətta keçir və qan təzyiqi azalır.
Ətdən imtina etməyin yarada biləcəyi mənfi nəticələr də var:
  • Zülal çatışmazlığının inkişafı. Fakt budur ki, heyvan zülalı bədənin təbii prosesləri üçün (hüceyrələrin yenilənməsi, zəruri hormon və fermentlərin istehsalı) çox vacibdir Bitki mənşəli zülallar bu vəzifələrin öhdəsindən tam gələ bilmir. Buna görə, heyvan zülalının qəbulu azaldıqda, orqanizm tədricən tükənərək öz ehtiyatlarından xərcləməyə başlayır və nəticədə müxtəlif xəstəliklərin inkişafına şərait yaranır.
  • Dəmir çatışmazlığı. Dəmir insan orqanizmində qanın əmələ gəlməsi və böyrəklərin düzgün işləməsinə kömək edən fermentlərin istehsalı üçün lazımdır. Ətin tərkibindəki dəmir digər bitki məhsullarının tərkibindəki dəmirdən daha faydalı olur.
  • Sinir sisteminin pozğunluqları. Sinir sisteminin sabit işləməsi üçün B vitamini mütləqdir. B vitamini hemopoezə təsir edir və protein istehsalını artırır. Orqanizm bu vitamini məhz ət məhsullarından  alır.

Bunlar ətdən imtina etdiyimiz təqdirdə  yaranan bəzi müsbət və mənfi hallar idi. Buna görə də bu məhsulu qida rasionunuzdan tamamilə çıxartmadan əvvəl həkiminizlə məsləhətləşməlisiniz.

İndi isə sizə ən əla ət əvəzləiyicisi olan bitki məhsullarından bəzilərini sizə təqdim edirik.

Çərəz (qoz, fındıq, fıstıq)

Bu məhsullar çox dadlı olması ilə yanaşı, həm də çox qidalıdır. Müxtəlif qoz-fındıqların müntəzəm istehlakı bədəni zülal, sağlam yağlar, kompleks karbohidratlar, lif, vitamin və minerallarla təmin edəcəkdir. Zülal tərkibinə görə, çərəzlər ətdən heç də geri qalmır. Onların kalori miqdarı yüksəkdir, buna görə qəlyanaltı zamanı bir neçə parça aclığınızı yox edə bilər.

  • Soya

Soya paxlalarında yüksək miqdarda zülal olur və bu  zülallar da öz xüsusiyyətlərinə görə ət zülallarına çox bənzəyir. Bundan əlavə, soya insan orqanlarının normal fəaliyyəti üçün zəruri olan amin turşularını ehtiva edir. Zəngin tərkibi sayəsində soya və soya məhsulları ət üçün əla alternativ ola bilər.

  • Tofu
ət əvəz edən qidalar - tofu - agroexpert.az

Tofu ən yaxşı ət əvəzedicilərindən birinə çevrilən soya pendiridir. Bu pendirin tərkibində ət məhsullarından daha çox miqdarda bitki mənşəli zülal olur. Tofu pendiri çox universaldır. Ondan xəmir xörəklərində istifadə etmək olur. Bu pendirdən çərəzlər və souslar hazırlanır və ya şorbaya əlavə olunur. Tofu pendirinin tərkibində çox miqdarda kalsium, sink, maqnezium, fosfor və dəmir var.

  • Tempe
agroexpert.az tempe - əti əvəz edən qidalar

Tempe soya bitkisindən hazırlanan digər bir məhsuldur. Onun vətəni İndoneziyadır. Tofudan fərqli olaraq tempedə soya bütöv qalır, bu da məhsulu zülallar, liflər, vitaminlər və minerallarla daha zəngin edir. Həmçinin tərkibində omega-3 və omega-6 turşuları da var.

  • Göbələklər

Hamı göbələklərin bitki zülalı mənbəyi olduğunu bilir. Bundan əlavə, təbiətin bu hədiyyəsii çox faydalı və dadlıdır. Qida maddələri dəyərinə görə göbələklər ət ilə yaxşı rəqabət edə bilər. Zülallarla zəngin olan digər qidalarla birlikdə istehlak edildikdə isə ətdən tamamilə imtina etmək olar.

Balıq və dəniz məhsulları, badımcan və digərlərini də bu siyahıya əlavə etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика