Əti ləzzətli bişirməyin qaydaları

Əti daha ləzzətli hala gətirmək və dadını itirməmək üçün bir neçə incə məqam var. Mətbəxinizin şefi olmaq istəyirsinizsə, yazılanlara diqqət etməyiniz tövsiyyə olunur.Əti ləzzətli bişirmək üçün…

  • Sobada bişirilən əti hərdən soyuq su ilə isladıb, üstünə limon çəkdikdə daha dadlı olur.
  • Əti sobada bişirərkən, sobanı həddən artıq qızdırmaq olmaz, çünki ətin üstü yanar, içi isə bişməz.
  • Kotletin yumşaq olmasını istəyirsinizsə, ətə qatılacaq çörəyi süddə isladın və sıxmadan ətə qatın.
  • Döymə kotlet üçün əti tellərin əksinə kəsmək, mətbəx çəkici ilə döymək lazımdır. agroexpert.az_eti daha lezzetli bişirmeyin qaydalari
  • Dana ətindən hazırlanan əzmə  kotletlərə tam vermək üçün onların üstünə qızartmazdan əvvəl xardal tozu səpmək lazımdır. Əgər qızartmazdan 1-2 saat əvvəl bitoklara (yumru kotletlərə) sirkə və günəbaxan yağının qarışığını çəksəniz onlar daha yumşaq olar. 

Qızardılmış ət hər zaman dadlı olmur. Əti ləzzətli bişirmək – qızartmaq üçün… 

  • Əti süfrəyə verməyə az qalmış qızartmaq lazımdır. 
  • Ətin dadını və qidalı xüsusiyyətlərini saxlaması üçün onu dağ olmuş yağda, güclü odda 8-10 dəqiqə ərzində qızardın. Qızartmazdan əvvəl əti hər iki tərəfdən xüsusi taxta çəkiclə yaxşı döyün.
  • Tavanın içinə bir az duz səpilsə, qızartma zamanı yağ sıçramaz.
  • Əti qızartmazdan əvvəl duzlamayın, çünki duzda onun şirəsi çıxır, bu da ətin keyfiyyətini azaldır.
  • Qızartma zamanı ət tikələri bir-birnə toxunmamalıdır. Əgər siz böyük ət tikəsini qızardırsınızsa, hər 10-15 dəqiqədən bir onun üstünə ətdən çıxmış yağı, bulyonu və ya isti su tökün.
  • Tavaya bir tikə qabıqlı limon qoyularsa, qızardılmış ət daha dadlı olar. Qızartmanın sonunda yumşalmış qabığı qaşıqla əzib, hazırlanan sousa əlavə etmək olar.
  • Çox vaxt zövqə görə duzlamağı məsləhət görürlər. Lakin müəyyən norma var. 1 kq döyülmüş ətə 1 çay qaşığı, 1 litr supa 1/2 çay qaşığı duz  tökmək tələb olunur.
  • Bişirmə zamanı ət tərkibində olan suyun xeyli miqdarını itirir və həcmi təxminən 40%-ə qədər azalır. 1 kq çiy ətdən 600 q bişmiş ət çıxır. Qızardıldıqda isə itki bir qədər az olur, 30-35%. Ət heyvanın növündən və yaşından asılı olaraq 40 dəqiqədən 3 saata kimi bişir.  
  • Əti soyuq su ilə yumaq, ancaq çox suda saxlamamaq lazımdır.
  • agroexpert.az_ eti daha lezzetli bişirmeyin qaydalari
  • Bişmiş ətdən başqa xörək hazırlanacaqsa, əti bütöv bişirmək lazımdır.
  • Əti bişirərkən yaxşı bulyon almaq istəyirsinizsə soyuq suya, ətin özünün dadlı olmasını istəyirsinizsə isti suya salın. Əgər 1 litr bulyona 1 xörək qaşığı limon turşusu əlavə olunsa, onda ət daha yumşaq və dadlı olar. Bişmiş əti bulyonun içində saxlayıb qazanın qapağını örtsəniz, o daha ləzzətli olacaq.
  • Əti taxta üzərində çox saxlamayın, çünki taxta ətin şirəsini özünə çəkir. Əti doğramazdan əvvəl taxtanı soyuq su ilə isladın ki, quru taxta ətin şirəsini özünə çəkməsin. 
  • Qoca mal ətinin tez bişməsi üçün ona əvvəlcədən xardal sürtün, bişirməmişdən 2 saat qabaq isə soyuq su ilə yuyun. 

Əti necə pörtlətmək lazımdır ki, o yumşaq və dadlı olsun?

Əti ləzzətli bişirmək üçün bir sıra qaydalara xüsusi diqqət etmək lazımdır. Soyuq suda yaxşı yuyulmuş əti bir az qurudandan sonra, isti çuqun qazanda dağ olmuş yağda bir az qızartmaq lazımdır. Qızardan da çalışın ki, çəngəl ilə ət tikələrini deşməyəsiniz. Yoxsa şirəsi çıxacaq. Sonra vam odda pörtlədin. Yağsız ətə növündən asılı olmayaraq yağ əlavə edin.

Vaxtaşırı ətin üstünə özündən çıxmış şirəni tökərək onu zəif odda pörtlədin. Əgər ət cod qalıbsa, çuqun qazana 1 stəkan qaynanmış su, yaxud bulyon tökün və zəif odda pörtlətməni davam etdirin. Əgər pörtlətmə zamanı mal və qoyun ətinə bir xörək qaşığı sirkə əlavə olunsa daha yumşaq olacaq.

Mənbə

Ət qursu-qaxacın necə hazırlandığını öyrənmək üçün…Oxu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107