Ətirşah bitkisinin faydaları və istifadə qaydası
Ətirşah bitkisinin faydaları və istifadə qaydası – 20 qızıl qayda
Ətirşahkimilər fəsiləsinə aid olan ətirşahın vətəni Cənubi Afrikadır. Azərbaycanda bəzək bitkisi kimi becərilən bu bitkinin 270-ə qədər növü var. Bu növlər arasında bizə ətirşah kimi məlum olan xoşətirli “pelarqonium rozeum” növü çox istifadə olunur.

Ətirşah qış aylarında yarpağı tökülməyən çoxillik bir bitkidir. Ətirşah bitkisinin 60 sm uzanan yaşıl rəngli, tükcülkü, yumru formalı gövdəli ağacdır. Dərin girintili-çıxıntılı bəzəkli yarpaqları əzildikdə çox gözəl ətir saçır. Açıq və tünd çəhrayı və ya ağ rəngli yüngül qoxulu çiçəkləri yazdan payıza qədər açırlar. Bol günəş alaraq hər növ torpaqda yetişir. Tərkibində uçucu efir yağı var. Xoş və qalıcı qoxusuna görə ətir istehsalında da istifadə edilir.
Ətirşah bitkisinin faydaları və istifadə formaları
- Ətirşah sızanaqlara müsbət təsir edir
- Həzmi asanlaşdırır
- Həzm sistemi xəstəliklərinə təsir edir
- İshal əleyhinə istifadə olunur
- Mədə və bağırsaq qazlarını çıxarır
- Dəriyə qulluqda ətirşah suyu tonik kimi istifadə olunur
- Dərini canlandırır və təmizləyir
- Qanı təmizləyir
- Yuxusuzluq üçün rahatlaşdırıcı təsirə malikdir
- Yarpaqları əzib bir qab içərisində olduğunuz otağa qoyun, stressə yaxşı təsir edir
- Təbii ətir kimi istifadə edilə bilər. Yarpaqlarını biləyinizə sürtün, qalıcı gözəl qoxu əhvalınızı yaxşılaşdıracaq
- Quru ətirşah yarpağının üzərinə 4 stəkan qaynar su töküb 10-15 dəqiqə dəmləyin, hazırladığınız çay gündə iki-üç stəkan içilə bilər.
- Ekzema növdə dəri xəstəliklərinin dərmanı kimi istifadə edilir.
- Çətin sağalan yaralar, fistül, xora və uçuq müalicəsinə istifadə olunur
- Dərinin problemli bölgələrinə gündə bir dəfə 20 dəqiqə ətır çiçəyi vannası qəbul edilsə dəridə yaranan problemlər aradan qalxır
- Təxminən bir ovuc dolusu bitkini bir litr suyun içində qaynadın, beş dəqiqə gözlədib süzün və ləyəni doldurub bu hazırladığınız suyu vanna suyunuza qarışdırıb yarım saat vanna qəbul edin
- İshal və qanaxma şikayətlərində çay kimi qaynadılır və içilir
- Qarqarası boğaz ağrılarına yaxşı təsir edir
- Dəriyə olan faydasına görə losyon istehsalında da istifadə edilir
- Mürəbbə bişirilərkən gözəl ətir və dad verməsi üçün bir neçə yarpaq istifadə edilir
Qeyd edək ki, ölkəmizdə ətirşah bitkisi ətir və görünüşünə görə bəzək bitkisi kimi daha çox tanınır.
Gülçülük haqqında daha ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz.