cins inək
İribuynuzlu heyvanlar

Ətlik dana biznesi (Bordaq)

Heyvandarlıq bütün insanlıq tarixi boyunca gəlirli sahə olub və getdikcə daha çox ehtiyac duyulan sektora çevrilir. Heyvandarlığın fərqli sahələri (bordağ, südlük, qoyunçuluq və sair) barədə bir çox məqalələr yazmışıq. Bu gün ətlik dana biznesi haqqında geniş məsləhətləşmə aparacayıq. Biznesə başlamamışdan əvvəl bu məqaləni bir-neçə dəfə oxuyub qərar verməyinizi tövsiyyə edirik.

Ətlik dana bəsləmə

Bordağ bəsləmə: heyvandan ən qısa müddətdə, ən çox əti, ən qənaətli yemləmə üsulu ilə əldə etməyə deyilir.

Yəni biz, qısa müddətdə, daha az yem verib, daha çox diri çəki artımı əldə etməliyik. Bordağ biznesi haqqında bu məqaləmizi də oxumağı tövsiyyə edirik.

ətlik dana

1.1 Bordağ biznesin üstünlükləri

Ətlik dana biznesi üçün tövlə və avadanlıq xərcləri azdır. Qoyulan sərmayənin dövriyyə sürəti yüksəkdir və qısa vaxtda gəlirə çevrilir. İşçilik xərcləri azdır. Cavan və erkək heyvanlar alındığı üçün xəstəlik riski və ölüm azdır. Satışı əladır. Hər ölçüdə məşğul olmaq olur. Ayrıca peyindən, yan biznesi kimi orqanik gübrə istehsalı da qurmaq olar.

1.2 Ümumi qaydalar

  1. Biznesin rentabelliyi heyvan cinsi, yaşı, cinsiyyəti, sağlıq və görünüşünə görə fərlidir.
  2. Heyvanlar ucuz dövrdə alınıb, baha dörvlərdə satılmalıdır.
  3. Parazit və xəstəliklərlə mübarizə üçün vaxtlı-vaxtında iynələmə aparılmalıdır.
  4. Danalar balanslaşdırılmış yem rasyonu ilə qidalanmalı və yem xərci azaldılmalıdır.
  5. Hər həftə heyvanların diri çəkisi təyin edilməlidir.

1.3 Heyvan necə seçilməlidir?

Ətlik dana biznesində kar əldə emtək üçün 2 faktor daha çox önəmlidir: YEM və Heyvan seçimi.

  1. Cins: Heyvanları 3 yerə bölmək olar. Yerli, xarici və mələz. Yerli cinslər günlük 600-700 qram, xarici cinslər 1100-1500 qram, mələzlər isə 1100-1200 qram çəki artımı verir. Uyğun heyvan cinsləri ağqulaq, qafqaz qonuru, simmental, anqus saymaq olar.
  2. Yaş: çoxaldıqca günlük çəki artımı yavaşlayır. 12 aya qədər olan dönəm, ən çox diri çəki artımı olan dövrdür. Yaş keçdikcə yemdən faydalanma azalır. Məsələn, cavan danalarda 1 kq diri çəki artımı üçün 6-7 kq yem lazımdırsa, yaşlı heyvanlarda 1 kq diri çəki artımı üçün 12-14 kq yem lazımdır. Çünki cavan heyvanda yem, əzələ və sümüyə, yaşlılarda isə piyə çevrilir. Piy üçünsə ikiqat enerji lazımdır.
  3. Cinsiyyət: Bordağ üçün erkək heyvanlar daha yaxşıdır. Dişilərin çəki artımı heç vaxt erkək dana qədər ola bilməz.
  4. Bədən quruluşu: Geniş və uzun gövdəli, qısa boyunlu, böyük başlı, düz kürəkl heyvanlar ətlik üçün uyğundur. Xəstə olmayan amma arıq heyvan da alırlar bəzən, çünki ucuz olur və yaxşı çəki artımı verir.
  5. Diri çəki artımı: Heyvanların ayda 1 və ya 2 dəfə çəkisi təyin edilməlidir. Bunu tərəzidə, xüsusi metrə ilə və ya tanış qəssab vasitəsi ilə edə bilərsiniz.

1.4 Bəsləmə qaydaları

  1. Bəsləmə müddəti: 3 cür bordağ biznes növü var. Qısa müddətli 3-4 ay, orta müddətli 4-6 ay, uzun müddətli 6-12 ay. Qısa və orta müddətli bordağ zamanı yaxşı heyvanlar seçilib intensiv böyüdülür. Uzun müddətlidə isə perfomransı aşağı heyvanlar da bəslənə bilər.
  2. Yemləmə: İki cür yemləmə mövcuddur. İntensiv və ekstensiv yemləmə. Əgər heyvanlar tez zamanda böyüdülmək istənilirsə intensiv yemləmə tətbiq edilir. Bu zaman yüksək miqdarda yem verilir. Əgər otlaq yoxdursa bu üsul tətbiq edilir. Danaların diri çəkisinin 2%-i qədər yem və günlük 5-7 kq qarğıdalı silosu, 1-2 kq saman, 5-8 kq çuğundur yemi verilir. Heyvanlar mütəmadi çəkilir. Əgər yaxşı otlaq yeriniz varsa bu zaman ekstensiv yemləmə tətbiq edə bilərsiniz. Bu zaman günlük çəki artımı aşağı olur.
  3. Tövlə: 3 cür heyvan saxlama yeri olur: qapalı-bağlı axır, qapalı sərbəst axır və açıq axır. Bu mövzu geniş olduğu üçün ayrı məqalə hazırlayacayıq.

1.5 Yemlər və yemləmə

Ətlik dana (bordağ) biznesində heyvanları əldə etdikdən sonra xərclərin 80-90%-ni yem tutur. Gün ərzində heyvana lazımi enerji təmin edilməlidir ki, diri çəki artımı normal olsun. 

Rasyon: yemin tərkibi diri çəki artımına təsir edən önəmli faktordur. Rasyonda daha çətin həzm olan qaba yem nisbəti artdıqca çəki artım sürəti azalır və heyvanın böyüməsi yavaşlayır. Deməli xərclər daha gec geri qayıdacaq. Amma qaba yem çox ucuzdur. Qüvvəli yemlər isə bahadır, lakin heyvan daha tez böyüyür.

Günlük yem miqdarı: Heyvanın günlük yem miqdarı, yemin içindəki su miqdarına görə təyin edilir. Heyvan yemi quru maddə olaraq hesablanır. Məsələn, yaşıl ot presində quru maddə 20%, quru otda 87%, samanda 90%. arpada 87%-dir. Bir bordağ danası çəkisinin 2-2,5%-i qədər quru maddə yeyir.

200 kq ağırlığındakı heyvan bir gündə 5 kq, 500 kq ağırlığındakı heyvan isə 12 kq quru yem ilə yemlənməlidir.

Yemləmə zamanı diqqət ediləcək xüsuslar

  1. Enerji səviyyəsi çox olan yemlər və protein önəmlidir.
  2. Bordağ heyvanlara mineral maddə və vitamin əlavəsi verilməlidir. (Qaya duz daşları)
  3. Bahadırsa bordağ heyvana quru yonca verməyin.
  4. Heyvanlara silos verilmirsə, gündə 1-2 kq saman vermək lazımdır. 
  5. Günlük su ehtiyac miqdarı 40-50 litrdir.
  6. Otlaq varsa heyvanlar orda otarılmalıdır.
  7. Kəsim çağına gəldikdə, qiymətlər aşağıdırsa, bir dana üçün 1-3 kq qüvvətli yem verilərək bəslənmə davam edilə bilər.

1.6 Bəsləmə prosesi

  1. Bəsləməyə başlamazdan əvvəl tövlə dezinfeksiya edilməli, yem, su qabları təmin edilməlidir.
  2. Yem tədarükü mütləq görülməlidir. Qışda yem 2 qat qiymətə qalxır.
  3. Təzə gətirilən heyvanlara quru qaba yem verilir, 3-4 saat dincəldikdən sonra su verilir. 
  4. Sonradan axıra qatılan heyvan 15 gün ayrı yerdə karantinə alınır. Sağlam olduğu dəqiqləşdikdən sonra sürüyə qatılır.
  5. Heyvanlar birkalanır (qulaq küpəsi) və qeyd dəftərçəsi tutulur. 
  6. Parazitlərə qarşı iynələr vurulur.
  7. Sərbəst saxlama tətbiq edilirsə, yaxın yaş və çəkidəki heyvanlar bir qruplaşdırılır. 
  8. Bəsləməyə başlarkən yemə alışdırmaq lazımdır. Qüvvətli yem az-az artıraraq verilir. 
  9. Heyvanları eyni saatda yemləyin. Əsas tükətim səhərə qarşı olur. Ona görə gündə iki dəfə yemlənəəksə, yemin 40%-i səhər, 60%-i axşam verilir. Çox isti bölgələrdə axşam yem miqdarı 70% olmalıdır.
  10. Heyvanlar ilk gündən çəkilir və hər ay çəkilərək nəzarətdə saxlanılır. 
  11. Bəsləmə bitib, satışa göndərilmədən 12 saat öncə yem verilmir.

Praktikada: bəsləməyə başlarkən 70% qaba, 30% qüvvətli yem, daha sonralar 30% qaba, 70% qüvvətli yem, öküz üçün isə 10-15% qaba, 85-90% qüvvətli yem verilir. 

1.7 Diqqətli olun!

  1. Bordağa gənc və arıq heyvanlar ilə başlayın. Cins, cinsiyyət, yaş və bədən quruluşu nəzərə alın.
  2. Axırda havalandırma olmalı, yel olmamalıdır. Çox nəmli və isti olmamalıdır. Qapalı tövlə üçün 10-15 °C tempratur normaldır. Yer yaş olmamalıdır. Yem və su qabı kifayət qədər olmalıdır. Heyvanlar satıldıqdan sonra dezinfeksiya aparılmalıdır. 
  3. Baytar dəstəyi vacibdir. İynələmə aparılmalıdır.
  4. Vitamin və mineral dəstəyi vacibdir.
  5. Yem kiflənmədən saxlanmalıdır. 
  6. Daşınma zamanı susuzluq və sıxışmadan ehtiyatlı olun.
  7. Satın alınan yeni ətlik dana 15 gün karantinə alınmalıdır.

Mənbə.

2 COMMENTS

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!