Xırdabuynuzlu heyvanlar

Ev keçisi

ev keçisi haqqinda - keçi haqqinda maraqlı məlumatEv keçisi – Cütdırnaqlılar dəstəsindən məməli yarımnövü.

Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur.

Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi (lat. Capra aegagrus) olub.
Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür.
 
Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10-15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50-60 başdan ibarət kiçik keçi sürüləri də olub və mümkündür ki, indi də olsun. Sürüdəki erkəcilər yedəkçi-aparıcı rolunu oynayırlar. Qədimdən Azərbaycanda keçi cinslərinə rast gəlinir. Keçilərin Azərbaycanda məskunlaşmasının azı üç min illik tarixi olduğu söylənilir. Zəmanəmizə qədər gəlib çıxmış yerli keçi cinsinin orta çəkisi 40-60 kq-a qədər olur.
Keçilər haqqında ətraflı məlumat əldə etmək üçün bu bölməyə baxa bilərsiniz.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: