Ev şəraitində şəkərsiz mürəbbə reseptləri

Ölkəmizdə bir çox mürəbbə növü var. Bu mürəbbələr faydalı olmaqla yanaşı səhər yemək süfrəsinin əvəzolunmazıdır. Şəkərsiz mürəbbə xüsusilə uşaqlar və yaşlı insanlar üçün faydalıdır. Çünki bu mürəbbələrdə olan lif qaynağı sümüklərdəki bağ toxumasının inkişafına kömək edərək, uşaqlarda və sümük problemi olan insanlara əhəmiyyətli faydalar verir. Agroexpert.az ev şəraitində hazırlanan şəkərsiz mürəbbə reseptlərini təqdim edir.

Şəkərsiz çiyələk mürəbbəsi

Tərkibi:

  • 3 boşqab çiyələk
  •  2 stəkan alma suyu
  •  yarım stəkan doşab

 Hazırlanma qaydası:

İlk öncə alma suyunu geniş bir qazana töküb zəif odda bişməyə qoyun.Yavaş-yavaş qaynayan alma suyunu qatılaşanadək qaynadın. Saplağı təmizlənmiş və yuyulmuş çiyələkləri yarım stəkan doşabla qaynadıb qatılaşan alma suyunun içərisinə əlavə edərək bişirməyə davam edin. Hazır olan şəkərsiz çiyələk mürəbbəsinin dadı və qatılığı damaq dadınıza uyğundursa  mürəbbəni şüşə bankalara tökün. Şəkərsiz çiyələk mürəbbəsinin tərkibində şəkər olmadığı üçün mürəbbəni uzun müddət saxlaya bilərsiniz.

Şəkərsiz qara tut mürəbbəsi

Tərkibi:

  • 500 qr qara tut
  • 250 qr bal istəyə görə
  • 3-4 damcı limon suyu

 Hazırlanma qaydası:

 Saplağı təmizlənmiş tutun yarısını orta ölçülü bir qazana qoyun. Üzərinə bal əlavə olunaraq qalan tutları da əlavə edin. Yenidən bal əlavə edib bir gün gözləməyə qoyun. Ertəsi gün qazanı zəif oda yerləşdirib 10 dəqiqə heç qarışdırmadan qaynadın. Üzərində köpük əmələ gəldikdə ehtiyyatla götürün. Hazır olduqda limon suyunu sıxıb və ocaqdan götürün. Otaq temperaturunda 2-3 saat gözlədikdən sonra şüşə bankalara tökün.

Qeyd: Mürəbbəni bişirdikdə qarışdırılmamasının səbəbi dənələrinin diriliyinin itirməməsidir. Tələb olunarsa qazanı yüngülcə yelləyərək qarışdırın.

Nuş olsun!

Digər reseptlər…

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107