Ev şəraitində ağ kələm turşusu (RESEPT)

Bədən sağlamlığı baxımından olduqca faydalı olan və mütəxəssislər tərəfindən qışda xəstələnməmək üçün bol kələm turşusu yemək tövsiyyə edilir. Kələm turşusu, hər xörəyin yanına yaraşan operitiv olaraq verə biləcəyiniz möhtəşəm bir qidadır. Eyni zamanda kələm turşusunun içərisində olan vitaminlər müxtəlif ürək və damar xəstəliklərini qoruyur , qaraciyər yağlanmasının qarşısını alır. Ev şəraitində kələm turşusu hazırlamaq istəyənlər üçün Agroexpert.az asan resepti təqdim edir.

kələm turşusu
Tərkibi:
  • 1 kq ağ kələm
  • 1 ədəd yerkökü
  • 5 diş sarımsaq
  • 2 ədəd acı və ya şirin bibər
  • Yarım dəstə cəfəri
  • 1 stəkan sirkə
  • 1 stəkan su
  • 2,5 xörək qaşığı iri qaya duzu
  • 4-5 ədəd noxud
Hazırlanma qaydası:

Ağ kələmi yarpaqlarından ayırın. Daha sonra bol suda yaxşıca yuyun. Kələmləri doğrayın və yerkökünün də qabığını soyub doğrayın. Turşunu dolduracağınız bankaların içərisini qaynar su ilə yuduqdan sonra ilk olaraq noxudları qoyun. Bir qabın içərisində kələmi, qaya duzunu, sirkə və sarımsaqları 4-5 dəqiqə əlinizlə ovun. Qabın içərisindəki kələmdən bir qat bankaya əlavə edin. Üzərinə doğranmış cəfəri, bibər və yerkökünü düzün. Bu qaydayla qatlarla banka dolanadək doldurun. Daha sonra qabda qalan sirkəli qarışığı içməli suyla qarışdırıb bankaya əlavə edin. Ağız hissəsinə qədər dolu olan bankanın qapağını möhkəm bağlayın. Qaranlıq bir yerdə ən az 10 gün saxladıqdan sonra yeməklərinizin yanına süfrələrinizə gətirə bilərsiniz.

Nuş olsun!

kələm haqqında nə bilirik? kələmin faydaları . kələmin vətəni haradı?

Kələm haqqında nə bilirik??

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!