Ev şəraitində ərik (qaysı) necə qurudulur?

ərik qurusu - evdə ərik qurusu necə hazırlanır?Ərik  meyvələr arasında ən dəyərli və faydalı meyvələrdən biridir. Həm təzə, həm də qurudulmuş olaraq istifadə edilən qaysı, zəngin qida dəyərləri ilə insan sağlamlığına faydalıdır. Qaysı (ərik), tərkibində A, B, CP vitaminləri ilə xüsusilə xərçəng də daxil olmaqla bir çox

xəstəliyin müalicəsində istifadə edilir.

Xatırladaq ki, “100 qram ərik 250 kaloridir”

Bəs ev şəraitində ərik qurusu necə hazırlanır? Agroexpert.az sizə ev şəraitində ərik (qaysı) qurutmağın üsullarını təqdim edir.

Qaysını günəşdə qurutma üsulu 

Günəşdə qurutma üsulu çox qədim illərdən bəri ən çox istifadə edilən üsullardan biridir. İlk öncə çox yumşaq və günəş altında ərik necə qurudulur?ya sərt olmayan ərikləri yaxşıca yuyub qurulayın. Günəşli bir yerə təmiz bir dəsmal sərin və ərikləri tumlu halda dəsmalın üzərinə düzün. Bu şəkildə ərikləri günəş altında 3-4 gün saxlayın. Daha sonra əriyin üzərinə əlinizlə basdıqda çox yüngül suyu çıxırsa basaraq tumunu çıxarın. (Yumşaq əriklərin tumunu çıxarmağa çalışsanız içərisində ətli hissəsi çölə çıxır və əriyiniz istədiyiniz şəkildə qurumaz). Tumları çıxardıqdan sonra  gün işığında rəngi istədiyiniz vəziyyətə gələnə qədər (5-10 gün arasında) gözlədin.

Evdə ərik qurusu hazırlamağın bir digər üsulu isə əriyin tumlarını çıxararaq sapa düzməkdir.

Yuyub kəsdiyiniz tumsuz qaysıları orta hissəsindən yüngül deşərək ipə düzün..

Sobada ərik qurusu necə qurudulur?

Əriyin (qaysının) sobada qurutma üsulu

Digər bir üsul isə sobada qurutmaq. Ərikləri ortadan ikiyə bölün və bir soba  sinisinə düzün. 70 dərəcə qızdırılmış sobada arabir  çevirərək təxminən 6-7 saat ərzində qurudun. Əriklər  tədricən suyunu itirib quruyacaq.

Öz əllərinizlə hazırladığınız ərikləri hava almaması üçün soyuducu paketinin içərisində və ya şüşə bankada saxlaya bilərsiniz.

Müəllif: Aysel Selcan

RESEPTLƏR…

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!