Ev şəraitində südün saxlanılması qaydası
Südü soyuducuda nə qədər saxlamalı olduğumuzu hər kəs bilmir. Xüsusən də söhbət şəxsi istehsala aid süddən gedirsə.
Ev südü soyuq yerdə öz təzəliyini 48 saat (2 gün) qoruya bilər. Qaynadılmış süd isə 3 gün. Otaq temperaturunda isə bu müddət sadəcə 10 saat olur.

Südün bağlı qutuda saxlanılması
Mağazalardakı süd məhsullarının, sterilizə edilmiş süd məhsullarının minimum saxlanılma müddəti təxminən 34 saatdır.
Pasterizasiya edilmiş süd isə öz təravətini daha çox saxlayır, 36 saatdan 5 günədək.
Ultrapasterizasiyadan keçmiş süd isə yarım ilə yaxın saxlanıla bilir.
Südün açıq qutuda saxlanılması
Açıq qablarda müxtəlif bakteriyalar südə daha rahat nüfuz edə bilir və bu südün daha tez turşumasına səbəb olur.
Pasterizasiya (Yeyinti məhsullarını müəyyən həddə qədər (60-90°C) qızdırmaqla onların tərkibindəki mikrobların inkişafının qarşısını almaq ) edilmiş süd açıq qabda 48 saat, sterilizə edilmiş süd 96 saat, ultrapasterizasiya edilmiş süd isə qablaşdırılmanın üzərində yazıldığı qədər saxlanıla bilir.
Südün təzə qalma müddətini necə uzatmaq olar?
Ən birinci variant südün qaynadılmasıdır. Bir çox adam çiy südün daha xeyirli olduğunu düşünsə də, əslində, bu belə deyil. Çünki çiy süddə çoxlu sayda zərərli bakteriyalar olur. Südü qaynatdığımız zaman bu bakteriyalar məhv olur və südün saxlanılma müddəti 7 günədək artır.
İkinci variant südün dondurulmasıdır. Bu südün təzə qalmasına çox əla kömək olsa da, onun bəzi faydalı xüsusiyyətlərini itirməsinə də səbəb olur.