Ev şəraitində tut qurutmaq və tut qurusunun faydaları

Evdə tutun qurudulmasının iki üsulu var: Birincisi tutları toplamaq və qurutmaq, digəri isə təbii şəraitdə- ağacın altında qurutma üsuludur.

Metod 1: Tutun bərk və kiçik olanlarını qamışdan hörülmüş həsirin üstünə yaydıqdan və onları dəsmalla örtdükdən sonra günəş görməyəcək şəkildə qurudulur.

Metod 2: Tut ağacının altında qurulan talvarlara örtüklər salınır. Tökülən tut meyvələrinin qurumağı gözlənilir. Ağac kölgəsində qurutmaq daha uyğundur.

tut qurusu və tutun faydaları agroexpert.az
Qurudulmuş tutu necə saxlamaq olar?

Tut qurusu hava ilə təmas etməyəcək şəkildə saxlanmalıdır. Hava alarsa giləmeyvə yumşalır və keyfiyyətini itirir. Qurutduğunuz mevəni şüşə qaba qoyub günəş olmadan sərin yerdə saxlaya bilərsiniz.

Tər-tər yeyildikdə dadından doymadığımız tut meyvəsinin quru olduğu zamanda ləzzət və faydalısına görə tələbi yüksəkdir. Tut dəmirlə zəngindir, sidikqovucu, köp götürəndir və bağırsaq qurdlarına qarşı təsirlidir.

Tut qurusunun faydaları

Kalsium və dəmir qaynağı olan qurudulmuş tut B1, B2 və C vitaminləri ilə də zəngindir. Tərkibindəki vitaminlər sayəsində xərçənglə mübarizə aparan tut qurusu da bir çox xəstəliklərə yaxşı təsir göstərir.Təzə tut toplandığı vaxtdan bir neçə saat sonra kimyəvi olaraq dəyişdiyi üçün dərhal istehlak edilməlidir. Xüsusilə qış aylarında istehlak üçün günəş altında qurudulmuş tutların dəyişməsi səbəbindən ekzemaya qarşı möcüzəvi bir təsir özünü göstərir. Tut qurusunun faydaları nədir? – Xüsusilə ekzema meydana gəlməsini müalicə edən təsirə malikdir. – Arteriosklerozun qarşısını alır. – Bədən üçün gücləndirici bir qidadır. – Anemiyanın qarşısını almaq üçün istehlak edilməlidir. – Boş bir mədəyə istehlak edildikdə, bağırsaqların işləməsinə və sidik çıxmasına səbəb olur. Tut ağız, badamcıqlar, boğaz iltihabı, diş əti xəstəliklərində istifadə olunur. – Öskürəyi kəsmək üçün istehlak olunur. – Qaraciyərə gücləndirici təsir göstərir. – Antipiretik təsir göstərir. – Mədə və bağırsaqların müntəzəm işləməyini təmin edir. – Boş bir mədəyə istehlak edildikdə bağırsaq qurdlarını azaltmaqda təsirlidir.

Tut qurusu və yarpaqları iltihab xəstəliklərində istifadə olunur. Yarpaqlarda təbii antibiotiklər və antiseptik maddələrin olmasına görə tutun qurusu və yarpaqları ilə hazırlanan çaydan edilən sarğı, diabet xəstələrinin sağalmayan yaralarının sağalmasında xüsusilə təsirlidir. Tut qurusu istehlakının qandakı iltihabı qurutmaq üçün də faydalı olacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика