Evdə hazırlaya biləcəyiniz müxtəlif dondurma reseptləri

agroexpert_AZ dondurma hazirlamaq

Əsasən isti günlərdə, yay aylarında üstünlük veriyimiz dondurma, hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında xüsusi yerlərdən birini tutur. 

Bu dadlı qida yalnız isti havalarda deyil müntəzəm istifadəsi uşaqların vitamin çatışmazlığını da aradan qaldıra bilər. Bununla yanaşı dondurmanın ziyanları da ola bilər.

Dondurma alarkən onun hazırlandığı və satıldığı yerdə sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət etmək vacibdir. Çünki dondurmanın əsas tərkibi sayılan süd bakteriya və virusların əmələ gəlməsi üçün ideal bir şəraitdir. Beləliklə antisanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla yararlı bir qida vasitəsindən təhlükəli bir düşmənə çevrilə bilər

Bu səbəbdəd həm sağlam, həm faydalı, həm təhlükəsiz, həm də cibinizə uyğun olmasını istiyirsinizsə, dondurmanı evdə hazırlaya bilərsiniz. Bir neçə dəqiqənizi ayırmaqla ləzzətli dondurmalar hazırlamaq mümkündür.

Evdə dondurmanın hazırlanma qaydalarını – reseptlərini sizlərə təqdim edirik.

Resept 1. Tərkibi:

  • 4 ədəd yumurtanın ağı
  • 1 stəkan şəkər tozu
  • 1 ç.q vanil
  • 200 qr qaymaq
  • 1 çimdik duz

Hazırlanma qaydası:

Yumurtaların ağını sarısından ayırıb, ağının üzərinə duz səpib, 5 dəqiqə mikserlə çalırıq. Sonra üzərinə şəkər tozu və vanili əlavə edirik. Bir neçə dəqiqəyə beze tam hazır olacaq. Daha sonra qaymağı da əlavə edib, mikserlə 5 dəqiqə də qarışdırırıq. Hazır dondurmanın yarısını başqa bir qaba qoyub, kakao da əlavə edə bilərsiniz. Dondurmanı 3 saat dondurucuda saxladıqdan sonra yemək olar.

Resept 2. Tərkibi:

  • 2 stəkan süd
  • 1 çay qaşığı vanil
  • 4 yumurta sarısı
  • 1 stəkan şəkər tozu
  • 200 qr qaymaq

Hazırlanma qaydası:
Əvvəlcə 2 stəkan südə vanil əlavə edib qaynadırıq. Süd qaynandıqdan sonra isə 15 dəqiqəyə yaxın soyumağa buraxılıb digər işlərlə məşğul oluruq.
Bu vaxt başqa bir qazanda 4 yumurta sarısını şəkər tozu ilə qarışdırıb, ilıq südü həmin qarışıma yavaş-yavaş qarışdıraraq əlavə edirik.
Qazanı içi su ilə dolu başqa bir qabın içinə oturdub (benmari üsulu) zəif atəşdə qarışdıraraq bişiririk. Qaynamamağı üçün xüsusi diqqət yetirik.
Ümumiyyətlə krem halına gələnə qədər 10-15 dəqiqə bişiririk.
Qarışım qaşığa yapışmağa başlayanda ayrı bir qaba töküb soyumağa qoyuruq. Üzərinin qaymaq tutmamağı üçün arada bir qarışdırırıq.
200 qr qaymağı ayrı bir qabda qarışdırıb hazırladığımız soyuq qarışıma az- az töküb qarışdırırıq. Üzərini örtüb dərin dondurucuya qoyuruq.

agroexpert_az evde dondurma hazirlamaq

Resept 3. Plambir – in resepti

Tərkibi:

  • 3 ədəd yumurta,
  • 150 qr şəkər tozu,
  • 100 ml süd,
  • 2 paket vanil,
  • 200 qr qaymaq,
  • badam, kakos

Hazırlanması:
Əvvəlcə yumurtanın ağını sarısından ayırırıq. Sarısının üzərinə 50 qr şəkər tozu əlavə edib, mikserlə qarışdırırıq. Üzərinə süd töküb, biraz qarışdırdıqdan sonra qaza qoyuruq. Qatılaşana kimi dayanmadan qarışdırırıq. Qatılaşanda qazdan götürüb, soyuması üçün kənara qoyuruq.
Bu müddət ərzində yumurta ağını tam köpük olanadək mikserlə qarışdırırıq. Üzərinə qalan şəkər tozunu (100 qr) və vanili əlavə edib, qarışdırmağa davam edirik. Ayrı bir qabda qaymağı mikserlə çalırıq. Üzərinə yumurta ağını, ardınca sarısı ilə hazırladığımız qarışımı töküb, mikserlə 2 dəqiqə daha qarışdırırıq. İstədiyimiz qaba əlavə edib, buzxanaya yerləşdiririk. 5-6 saat saxladıqdan sonra üzərini badam, kakos, meyvə və s. ilə bəzəyib, süfrəyə verə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!