Evdə kömürsüz balon kababı

Bina evində yaşayanlar, qonşularını kabab iyi ilə narahat etmək istəməyənlər, qışda da kabab yemək istəyənlər üçün xanımların da hazırlaya biləcəyi kabab – Balon kababı. Bəli, bankada bişən bu kabab, rahat bişirilir, kömürə, xüsusi yerə ehtiyac olmur. Həmçinin dadlı, yumşaq və fərqli yeməkdir.

agroexpert_az -balon kababı

Bu kababın bir neçə cür hazırlanma reseptləri var. Biz sizə 3 resept təqdim edəcəyik. Hansını hazırlamaq istəsəniz, hansı sizə daha sərfəlidir onu seçə bilərsiniz. Elə bu gün seçib bişirə bilərsiniz. Qeyd edək ki, falqa kağız ilə balonun ağzı yaxşı bağlanmalıdır.

Diqqət: bu kabab üçün banka və ya balonun həm içi, həm çölü qupquru olmalıdır ki, sobada partlamasın.

Balonda kababın birinci resepti

Lazım olan ərzaqlar:

  • Quzu əti (yumşaq hissəsi) – 500 qr
  • Mineral qazlı su – 100 ml
  • Ət üçün basdırmalıq soğan – 2 ədəd
  • Limon suyu – 1 xörək qaşığı
  • Duz, istiot, hər hansı sous

Hazırlanması:

Ət adi kabab qaydasında basdırma olunur və 2 saat saxlanılır. Xüsusi çubuqlara əti keçirirsiz, basdırmadan qalan soğanlı qarışımı balonun içinə tökürsüz. Sonra çubuqları balonun içinə yerləşdirib, balonun ağzını falqa ilə örtürsünüz.  

Balonu soyuq sobada ( əvvəlcədən qızdırmadan) qoyub,  180 dərəcədə 1 saat bişirirsiz. Sonra sobanın qapağını açıb 10-15 dəqiqə saxlayın ki, balonu çıxaranda partlamasın.

Ona manqal, kömür ətri vermək üçün balonun dibinə 1-2 ədəd kömür qoymaq olar.

Balonda-bankada kababın ikinci resepti

agroexpert_az bankada-balonda kababı

Lazım olan ərzaqlar:

  • Antrekot və quzu əti – 1 kq.
  • Quyruq – 250 qr.
  • Baş soğan – 3 ədəd
  • Limon suyu – 1 x.q.
  • Su – 100 ml.
  • Duz-istiot

Hazırlannası:

Ət yuyulur, tikələnir. Duz, istiot, limon şirəsi qatılır. Soğan halqavari doğranılır, üzərinə su alınıb, 30 dəqiqəlik marinadlaşmaq üçün kənara qoyulur. Quyruq nazik doğranılır. Kabab çöplərinə ət, sonra quyruq və soğan düzülür. Bankanın dibinə qalan soğan qoyulur və hər bankaya 3-4 şiş yerləşdirilir. Bankanın ağzını falqa ilə bağlayırıq.

agroexpert_az bankada-balonda kabab

Bankanı soyuq sobaya qoyub, 180 dərəcədə yandırırsız. 60 dəqiqə hazırlanır. Vaxt bitəndən sonra sobanın qapağını əvvəlcə yarıya kimi açıb bankanı hələ sobada ikən 10 dəqiqə soyuduruq. Sonra dəsmalla əlimiz yanmasın deyə ehtiyatla bankanı götürüb, çöpləri içindən çıxarırsız.

Balonda kababın üçüncü resepti

Bu reseptin də bişirilmə qaydası yuxarıdakılarla eynidir. Lakin tərkibi və hazırlanması əvvəlki iki reseptdən daha asandır. Belə ki, lazım olan ərzaqlara daxildir:

Qoyun əti və ya toyuq əti, aralarına qoymaq üçün nazik piy və ya kartof.

Bu ərzaqlarla iki cür kabab edə bilərsiniz. Seçim sizindir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!