Evdə narşərab hazırlamağın qaydası

narşərab necə hazırlanır

Payızın sevimli meyvələrindən biri də nardır. Ən şəfalı meyvələrin başında gəlir. Tək istifadə olunmasıyla yanaşı, yeməklərə, salatlara ləzzət, bəzək olur. Narın özü, suyu, dənələri, hətta aralardakı pərdəsi də faydalıdır.

Nar suyundan hazırlanan narşarab yeməklərə, hətta şirniyyatlara xüsusi dad verir. Bir az əmək sərf etməklə evdə narşərab hazırlamaq mümkündür.  Evdə narşərab hazırlamaq elədə çətin deyil. Müxtəlif brendlər altında satılanlardan daha dadlısını bir neçə saata evdə hazırlamaq mümkündür.  Nar mövsümündə etsəz daha da ucuza başa gələcək.

Həm sağlamlıq, həm də maddi baxımdan faydalı olan narşərabın evdə hazırlanma qaydası…

Nə qədər narşərab hazırlmaq istəyirsiz? İlk olaraq bu sualı verməklə başlayaq. Çünki təxminə bir kiloqram nar dənələrindən 250-300ml, 15 kiloqram nardan isə 1 litir narşərab hazırlamaq mümkündür.

İlk olaraq nar qabığından təmizlənir, dənələnir və iri qazana yığılır. Nar dənələri tumlardan təmizlənməlidir. Bunu müxtəlif yollara edə bilərsiz. Ya nar suyu çıxaran aparatla, ya ümumi meyvə sıxacağıyla, ya taxta qaşıqla narı əzməklə, ya da qazanı oda qoyub, vaxtaşırı qarışdıraraq nar dənələrini əzmək lazımdır. Taxta qaşıqdan istifadə edin. Metal əşyalardan istifadə etməmək məsləhət görülür. Çünki narın turşusu metal cihazlarla reaksiyaya daxil olacaq.

evdə narşərab necə hazırlanır

Əgər od üstündə qarışdırılaraq əzmək, tumlardan ayırmaq üsulunu seçmisizsə, bu zaman  dənələrdən ayrılmış tumlar ağardıqda qazan oddan götürülübb tənzif vasitəsiylə şirə süzülür. Şirəni süzüb təkrar oda qoymaq və onun yanmaması üçün vaxtaşırı onu qarışdırmaq lazımdır. Qarışıq tam qatılaşana kimi narşərabı qaynatmaq lazımdır. Nar suyu qaynadıqca üzərinə kəf yığılacaq. Bu kəfi də taxta qaşıqla yığmaq lazımdır. Daha qatı və ya bir az duru olması istəyinizə bağlıdır.

Təqribən 5 saat qaynayan nar şirəsi, bəhməz halına gəlib qatılaşdıqdan sonra ocağın üzərindən götürülür.

Hazır olana yaxın odu söndürüb üzərinə bir qədər duz əlavə edilir. Qarışdırılaraq soyumasına köməklik olunur. Soyuduqdan sonra şüşə qablara boşaldılır. Uzun müddət istifadəyə yararlı olması üçün işıq düşməyən və sərin bir yerdə saxlanılmalıdır. Evdə hazırladığınız narşərab satın alınan qədər tüd rəngdə olmayacaq.

Nar suyundan hazırlanan bu ləzzətli sous salatlarınıza və yeməklərinizə özəl dad verəcək. İndidən nuş olsun 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!