Evdə suşinin hazırlanma qaydası (İzahlı)

Yaponların ənənəvi yeməyi Suşi dünyada da çox sevilən ləzzətlərdən biridir. Düyü sirkəsi və şəkər ilə dadlandırılmış bişmiş düyünün üzərinə və ya içinə balıq, digər dəniz məhsulları və ya tərəvəzlər qoyularaq xidmət edilir. Restoranlarda olduqca baha satılan suşini evdə özünüz də hazırlaya bilərsiniz. Agroexpert.az evdə suşinin hazırlanma qaydasını təqdim edir.

suşi hazırlanma qaydası

Tərkibi:

  • kiçik dənəli, suşi üçün xüsusi düyü
  • hisə verilmiş losos balığı
  •  Xiyar
  •  nori (dəniz yosunları)
  •  Filadelfiya pendiri
  •  soya sousu
  • düyü sirkəsi
  •  zəncəfil turşusu 
  • bambuk lövhəcik

Evdə suşi. Hazırlanma qaydası:

suşi hazırlanma qaydası

İlk öncə düyünü yaxşıca yuyun və yarım saat suda saxlayın. Düyünü birə bir yarım nisbəti ilə zəif odda, duzsuz və yağsız bişirin. Hazırladığınız düyünü bir qaba tökün və soyuyana qədər saxlayın. Düyü soyuduqdan sonra üzərinə 100 qr düyü sirkəsi əlavə edin və yaxşıca qarışdırın. Daha sonra noriyi bambuk lövhəciyə yerləşdirin. Düyünü lövhəciyə qoyun və üzərinə yayın.  Xırda doğranmış losos balığının tikələrini norinin üzərinə yerləşdirin.  Bambuk lövhəciyi qatlayaraq rulon halına gətirin.  Rulonu soyuması üçün kənarda 15 dəqiqə saxlayın. Soyuyan rulonu 6-8 hissəyə bölə bilərsiniz.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107