Evdə təbii üsullarla boğaz ağrısını sağaltmağın yolları

Havaların soyumağa başlaması ilə hər mövsüm keçidində olduğu kimi bir çox insan boğaz ağrısından şikayətlənməyə başladı. Insanın danışmasını və udqunmasını çətinləşdirən boğaz ağrısından əziyyət çəkənləri “Boğaz ağrısına nə yaxşı təsir edir? Boğaz ağrısını evdə təbii üsullarla necə sağaltmaq olar”? sualları maraqlandırır. Agroexpert.az evdə təbii üsullarla boğaz ağrısını sağaltmağın yollarını təqdim edir.

boğaz ağrısı

Bunların cavabını verməzdən əvvəl boğaz ağrısının virus və ya bakterial olmaq üzrə iki fərqli infeksiya mənşəli olduğunu bilməklazımdır. Əgər boğaz ağrısı yüksək hərarətlə müşayiət olunursa, boğazda qızarmavə şiş varsa və bir həftədən uzun müddət davam edirsə, mütləq həkimə getməlisiniz,boğaz ağrısı güman etdiyinizdən daha ciddi ola bilər.

Ancaq yüngül bir şəkildə davam edən, üşütməylə müşayiət olunan boğaz ağrılarını evdə də təbii yollarla  müalicə edə və boğazınızı yumşalda bilərsiniz.

İlk öncə boğaz ağrısının əlamətlərinə nəzər salıb sonra bu təbii çarələri bir-bir araşdıraq.

Boğaz ağrısının növləri və əlamətləri

Virus infeksiyaya bağlı boğaz ağrısı əlamətləri

  •  Udmazamanı ağrı və çətinlik
  •  Boğazda quruluq
  •  Badamcıq vəzisinin şişməsi
  •  Qulaq arxası və boyun bölgəsində hiss edilən yüngül ağrı
  •  Boğazda xırıltı və kobud səs

 Bakterial infeksiyaya bağlı boğaz ağrısı əlamətləri

  •  Yüksək hərarət
  •  Baş ağrısı
  •  Öskürək
  •  Limfa vəzilərində şiş
  •  Badamcıq vəzisində ortaya çıxan ağ ləkələr
  •  Halsızlıq
  •  Zaman-zaman ürək bulanması və qusma

Dediyimiz kimi əlamətlər əgər bakterial infeksiya işarə edirsə, bir an əvvəl həkimə görünməli və onun tövsiyələrinə görə müalicə olmalısınız.

Boğaz ağrısına nə yaxşı təsir edir?  Boğaz ağrısı necə keçir?

Üşütməyə bağlı yüngül bir boğaz ağrınız varsa, heç bir kimyəvi istifadə etmədən evdəki təbii məhsullarla onu keçirə bilərsiniz.

Duzlu su

Boğazı duzlu suyla qarqara etmək badamcıq vəzisindəki şişi azaldıb dezinfeksiya edərək boğaz ağrısına yaxşı təsir edir. Bir stəkan ilıq suya bir çay qaşığı duz əlavə edin və bu su ilə ağzınızı qarqara edin. Bu üsulun təsir etməsi üçün bir gün keçirib buraxmamalısınız, boğazda ağrı və yanma keçənə qədər ən az 3-4 gün davam etdirməlisiniz.

Alma sirkəsi

Hər dərdə dərman alma sirkəsi sözügedən boğaz ağrısı olanda da köməyə çatır və infeksiyaya yaxşı təsir edir. Bir fincan ilıq suya bir xörək qaşığı alma sirkəsi əlavə edin və bir ağız dolusu qarqara etməyiniz kifayətdir.

Zəncəfil çayı

Qaynadılmış bir stəkan içməli suyun içinə soyub rəndələnmiş təzə zəncəfil atın və on dəqiqə dəmə qoyun. Əgər toz zəncəfil istifadə edəcəksinizsəyarım çay qaşığı əlavə etməyiniz və eyni addımları tətbiq etməyiniz kifayətdir.Zəncəfil çayı boğazınızı yumşaldacaq və rahat udqunmağınıza kömək edəcək. Zəncəfilin faydaları haqqında buradan oxuya bilərsiniz.

Adaçayı (Şalfey)

Boğazı yumşaltmaq xüsusiyyətinə malik adaçayı üçün qaynadılmış 1,5 stəkan içməli suyun içərisinə bir xörək qaşığı adaçayı əlavə edin və beş dəqiqə dəmə qoyun. İçərisinə bal da əlavə edə bilərsiniz.

Evkalipt çayı

Boğaz virus infeksiyaya yaxşı təsir edərək bronxit və sinusit ağrılarını da yüngülləşdirən evkalipt çayını da evdə asanlıqla hazırlaya bilərsiniz. 2 stəkan suyu qaynadıb içinə evkalipt yarpağı atın, 5 dəqiqə bu şəkildə evkalipt çayını dəmləyib daha sonra istifadə edin.

İstiot

İstiotla hazırlayacağınız bu qarışıq da işinizə yarayacaq. Bir stəkan suyun içinə bir xörək qaşığı təzə sıxılmış limon suyu vəbir çay qaşığı istiot əlavə edib ocağa qoyun. Su qaynamağa başladıqda ocağın altını söndürüb və qarışığı bir stəkana tökün. Daha şirin bir dad üçün içinəbal da əlavə edə bilərsiniz.

Pul bibər

250 ml-lik bir şüşəyə suya bir çay qaşığı pul bibəri töküb yaxşıca çalxalayın. Sonra bu su ilə qarqara edin. Ancaq acı bir dadı olduğundan bu üsulu tətbiq edərkən daha da diqqətli olmalısınız, unutmayın.

Mixək (qərənfil)

Xüsusilə ağız içindəki hər cür infeksiyaya savaşaçan, ağrı kəsici xüsusiyyəti olan qərənfilin (mixəyin) də rolu böyükdür. Çünki qərənfildə olan ojenol adlı komponent boğaz yanmağının qarşısını alır. Çiynəyəcəyiniz bir neçə qərənfil boğazda ağrını alarkən , qərənfilli su ilə qarqara da edə bilərsiniz..Bunun üçün üyüdülmüş 1-2 çay qaşığı qərənfili suya əlavə edib qarışdırın, sonra bu su ilə ağzınızı yaxlayın.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669