Evdəki yemək qoxusundan xilas olmağın yolları

Mətbəxdə yemək hazırlayarkən bəzən qoxunun qarşısını almaq mümkün olmur. Xüsusilə qızartma, balıq, soğan kimi şeylər daha çox qoxu yaradır. Evə hopan yemək qoxularından xilas olmağın bir neçə təsirli üsulları var. Bəs bu üsullar hansılardır və yaranan yemək qoxulardan xilas olmaq üçün nələr etməliyik? bu kimi sualların cavabını Agroexpert.az təqdmir edir.

qoxu
Limon qabığını yandırın

Mətbəxinizdə hazırladığınız yeməyin ardından bütün evə hopan qoxudan xilas olmaq üçün limon qabığını yandırmaq təsirli bir üsuldur. Qızartma qoxusu, balıq qoxusu kimi qoxuları yox edən limon qabığını ocaqda yandırın. Zəif odda yanan limon qabıqları otağa xoş bir qoxu yayacaq. Qızartma və ya balıq kimi qoxuların yerini limon qoxusu əvəz edəcək.

Sirkə və limonlu su qaynadın

Təsirli üsullardan biri də sirkə və limonlu su qaynatmaqdır. Yeməkdən sonra hopmuş qoxunu yox etmek üçün bir qaba 1 stəkan su, bir miqdar alma sirkəsi və bir ədəd limonu sıxaraq zəif odda qaynadın. Bu üsul ilə evə hopan qoxular tamamilə yox olacaq.

Çayı tavada qovurun

Qara çayı teflon bir tavada qovurun. Qovurarkən çıxan tüstü evə hopan yemək qoxusundan xilas edəcək. Çıxan dumanın 5-10 dəqiqə otağa yayıldıqdan sonra ocağı bağlayın. Qovrulan çayı bir müddət ocaqda gözlədin ki, ətir yayılmağa davam etsin. Bu asan üsulla evə hopan yemək qoxusundan xilas ola bilərsiniz.

Mətbəxdə şam yandırın

Asan üsullardan biri olan şam yandırmaq yemək qoxularını yox etmək üçün bir alternativdir. Yeməyinizi bişirdikdən sonra yanan şamı mətbəxinizə qoyun və 15-20 dəqiqə gözləyin. Bu prosesi nahar edərkən də edə bilərsiniz. Mətbəxinizə dekorasiya məqsədli şam qoyub və yeməkdən sonra şamları yandırmağı vərdiş halına gətirə bilərsiniz.

Dəfnə yarpağı ilə həll yolu

Su dolu bir qaba 4- 5 ədəd dəfnə yarpağı əlavə edin. Zəif odda qaynadın. Ocağı bağladıqdan sonra qaynayan su tökməyin, bir kənarda gözlədin və o xoş qoxu ətrafa yayılmağa davam etsin. Xoş və təravətli qoxusu olan dəfnə yarpaqları hopan yemək qoxusunu əvəz edəcək.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!