FAO-ya üzv olan ölkələr kənd təsərrüfatındakı problemləri və həlli yollarını müzakirə etdilər

FAO-nun Avropa üzrə Regional Konfransının 32-ci Sessiyası bu gün Avropadan və Mərkəzi Asiyadan olan FAO üzvləri ilə birgə bölgənin qida və kənd təsərrüfatı mövzusunda qarşılaşdığı bir neçə probleminin, xüsusilə dayanıqlı aqrar qida sistemlərini və sağlam qidalanmanı təşviq etməyin yollarını, həmçinin gənclərin məşğulluq və kənd yerlərinin inkişaf etdirilməsinə dair müzakirələrə başlayıb.

Özbəkistanın FAO ilə birgə ev sahibliyi etdiyi konfrans, ilk dəfə virtual olaraq təşkil edildi.

Avropa region üzrə ən çox sayda iştirakçını yer aldığı bu konfrans 31-dən çox nazir və nazir müavinini, ümumilikdə Avropa və Orta Asiyanın 51 üzv ölkəsindən 270-dən çox nümayəndəni bir araya gətirib. Tədbirdə Azərbaycandan nümayəndə heyəti olaraq Kənd Təsərrüfatı naziri cənab İnam Kərimov, Kənd Təsərrüfatı nazirinin müavini xanım İlhamə Qədimova və Kənd Təsərrüfatı Nazirliyindən digər nümayəndələri iştirak ediblər. İki ildən bir keçirilən Konfransda beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri də iştirak edirlər.

Açılış nitqində FAO-nun baş direktoru Özbəkistana Konfransa ev sahibliyi etməsində göstərdikləri dəstəyə görə təşəkkür edib və vətəndaş cəmiyyətindən, özəl sektordan və digər tərəfdaşlardan olan nümayəndələri salamlayaraq onların iştirak və töhfələri ilə müzakirənin daha da məhsuldar olduğunu vurğulayıb.

FAO-nun Baş Direktoru QU Donqyu, bölgənin iqtisadi və əkinçilik mərkəzi olduğunu, eyni zamanda bir çox yeni problemlərlə üzləşdiyini bildirib.
FAO qida və ərzaq təşkilatı agroexpert

O, bunlara bölgənin böyük hissəsində təbii qaynaqlardan asılılıq,

  • ərazinin deqradasiyası və su çatışmazlığı,
  • qida təhlükəsizliyi,
  • eyni zamanda artan qidalanma səviyyəsi,
  • kənd və şəhər yerləri arasındakı boşluqların artması,
  • gender bərabərsizliyi və bir çox yerlərdə davam edən aclıq və yoxsulluq hallarının

daxil olduğunu vurğulayaraq müasir dayanıqlı kənd təsərrüfatını və onun inkişafını təşviq etmək üçün innovasiya və rəqəmsal texnologiyaların vacib olduğunu qeyd edib: “Peykdən görüntüləmə, uzaqdan sensorlar, mobil və digər tətbiqetmələr kimi rəqəmsal texnologiyalar kiçik sahibkarlar və istehlakçılar üçün inqilabi dəyişikliklər vəd edir və bunların qida zəncirlərini yaxşılaşdırmağa, bazarlara çıxışını artırmağa, qida itkisi və israfını azaltmağa kömək edə biləcəyini, su resurslarının düzgün idarəsinin təmin edilməsini və zərərvericilərə, xəstəliklərə qarşı mübarizə apara biləcək”.

Bölgənin üzləşdiyi çətinliklərə cavab olaraq, FAO-nun baş direktoru Yaşıl İqlim Fonduna üçün hazırlanan strategiyanı, FAO-nun torpaqların konsolidasiyası üzrə normativ və sahə işlərini, həmçinin Regional Gender Strategiyası və bölgədəki kənd qadınlarının gücləndirilməsinə töhfə verən ölkələrin gender qiymətləndirmələri üzrə bəzi əsas nailiyyətləri vurğulayıb.

Qu Donqyu COVID-19 pandemiyasının mövcud problemlər üzərində təsirlərini də qeyd edib. Bu yaxınlarda fəaliyyətə başlayan FAO-nun kənd təsərrüfatı məhsulları sistemlərinin və insanların dolanışıqlarını uzunmüddətli şəkildə gücləndirilməsi məqsədi daşıyan “COVID-19 Mübarizə və Cavab Proqramı”nın əhəmiyyətini vurğulayıb.

Qu Donqyu FAO-nun flaqmanı sayılan heç bir ölkənin kənarda qalmayacağı ölkələrdə aclıq və yoxsulluğa son qoymağı hədəfləyən əl-ələ təşəbbüsünü vurğulayıb: “Bu təşəbbüs kənd təsərrüfatında innovativ keçidi və davamlı inkişafı sürətləndirmək üçün Coğrafi Platforma və Statistik İnnovasiyalar üçün Məlumatlar toplusu laboratoriyası kimi inkişaf etmiş alətlər və analitik məlumatlardan istifadə edir”.

Avropa və Orta Asiyada müxtəlif kənd təsərrüfatı məhsulları mövcuddur və bu məhsullar inkişaf mərhələlərində fərqli xarici təzyiq və çətinliklərlə qarşılaşır. Tədbirdə bunlara məhdud ictimai xərclər, təbii qaynaqların məhdudluğu və ictimai-siyasi mülahizələr daxildir. COVID-19 bu çatışmazlıqları daha da üzə çıxardı, lakin eyni zamanda dayanıqlı qida sistemlərinin əhəmiyyətini vurğulanıb.

Avropa Regional Konfransının 32-ci Sessiyası 4 Noyabrda sona çatır və bu sessiya FAO-nun Asiya və Sakit Okeanı, Yaxın Şərq, Latın Amerikası, Karib dənizi və Afrikanı da əhatə edən virtual regional konfranslarının sonuncusudur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673