Ferma necə qurulur?

Kiçik bir ferma qurmaq istəyirsinizsə ilk olaraq hansı addımların atılmasını bilmək çox önəmlidir. Hələ də bunun üçün bir sahəniz olmaya bilər. Ancaq bunun üçün ilk olaraq düşünüb plan qurmaq önəmldir. Uyğun yer tapmaq ferma üçün çox önəmlidir. Bu məsələ xırdabuynuzlu və iribuynuzlu heyvandarlıq üçün dəyişir.

Ferma təsərrüfatı haqqında məlumat alın

Ferma haqqında məlumat toplamaqla başlasanız daha düzgün addım atmış olarsınız. Bu işdə yenisinizsə bu müddətdə öyrənməyiniz lazım olan hər şeyi araşdırmalısınız. Bəzi şeyləri isə işləyərək öyrənəcəksiniz. Səhvləriniz zaman və pul itkisinə səbəb ola bilər. əlbəttə yeni başlayanlarda bu itkilər qaçınılmazdır. Ancaq bu zaman ərzində hər şeyi diqqətli tətbiq etməlisiz.

agroexpert.az ferma qurmaq ferma biznesi
Fermanızı planlayın və qurun

Plan qurmaq dedikdə əsas addımlardan biri də nə ilə məşğul olub, etmək istədiyini dəqiqləşdirməkdir. Düşünün: Kiçik bir sahədə tərəvəz yetişdirmək istəyirsiz? Bütün ərazidə ot yetişdirəcəksiz? Bəlkə ərazinin bir hissəsində heyvandarlıqla, bir hissəsində əkinçiliklə məşğul olacaqsız?

İlk olaraq bu sualların cavabını büdcəniz və təlabata görə nəzərdən keçirməlisiniz.

  1. Plan

Bir ferma qurmadan və ya işə başlamadan əvvəl iş planı hazırlamalısınız. Müsbət və mənfi tərəflərini müəyyənləşdirməli, qazanc və ziyanlarını dəqiqləşdirərək qeydlər aparmalısınız. Birinci addımda hansı mərhələdə olduğunuzu, gələcəkdə nələr etmək istədiyinizi və  hədəflərinizi qeyd edin. ərazini dəqiqləşdirib seçin. Quracağınız fermanın planını hazırlayın. Ondan əlavə sonda necə bir ferma düşünürsünüzsə onun da planını çıxarın.

2. Ərazi və iqlim

Sahənin yerləşdiyi ərazi və hava şəraiti nəzərə alınmalıdır. Torpağın necə bir torpaq tipi olduğunu bilmək üçün analiz etdirin. Bununla əkin ya heyvandarlıq üçün əlverişli olduğunu müəyyən edəcəksiniz. Heyvandarlıqla bağlı ferma qurursunuzsa ərazidə çəməliklərə və suya diqqət edin. Oranın hava və yağıntı miqdarına diqqət edin

3. Tikinti

Qurmaq istədiyiniz fermada uyğun şərait yoxdursa tikinti işləri lazım ola bilər. Ancaq bəzən sadəcə olan tikintiləri təmir etməyiniz kifayət edə bilər. Heyvandarlıqla məşğul olacaqsınızsa divarları, yük yükləmə və endirmə mexanizmalarını, su mənbələrini və yemləmə yerlərini də nəzərə almağınız lazım olacaq.

4. Heyvanlar

Hansı heyvanları alacağınıza diqqət edin. Yaxşı heyvanları alın və heç kəsin yararsız malını almadığınızdan əmin olun. Satın alacağınız heyvanları özününz seçin. Damazlıq heyvan alacaqsınızsa bir sağlam erkək heyvan və çox sayda dişi heyvan alın.

Çox vaxt şahid oluruq fermer fermanı necə gəldi tikdirir. Bir müddət sonra ya heyvanlar qırılır, ya ferma böyütmək üçün sökülür, ya da biznes transformasiya olunmaq üçün uyğun deyil. Hətta hər şey qaydasında getdiyi bir vaxtda südlük cins inəklər çox isti keçən bir yay dönəmində tələf olur.

Bu səbəbdən də bəzi məsələrə qarşı çox DİQQƏTLİ OLUN!

agroexpert.az ferma tikintis ferma biznesi
  • Başlanğıcda hesablanan büdcədən artıq pul xərcləməməyə diqqət edin.
  • Ferma işində bir neçə il qazancınız xərcədiyiniz puldan az olacaq. Buna görə mümkün qədər xərcləri azaltmağa çalışın və əsasən əlavə borca girməyin.
  • Tikinti, quruculuq işlərinə qeyri-ciddi yanaşmayın.
  • Vaxtından tez daha böyük işlər görməyə çalışmayın.

Qeyd edək ki, fermalar həm iribaşlı, həm kiçikbaşlı heyvanların hər biri üçün fəqrli qurulur.

3 thoughts on “Ferma necə qurulur?

  • Eylül 22, 2020 tarihinde, saat 5:22 pm
    Permalink

    Salam. Daha ətraflı məlumatlarla , yəni nə ferması, hansı rayonda, neçə baş heyvan üçün və s. tikdirmək istəyirsiniz info@agroexpert.az ünvanına müraciət edərək bildirin. Bundan sonra lazımi köməklik və xidmət Sizə təklif olunacaq.

    Yanıtla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669