Fermer niyə “qazanmır”?

Sualı bu cür qoymaq bəlkə də doğru deyil. Çünki bütün ölkə üzrə fermerlərin statistik audit və təhlili aparıldıqdan sonra qərar vermək lazımdır ki, ümumiyyətlə fermerlər qazanır yoxsa zərər edir? Burda “yaxşı qazanmaq” kriteriyaları da dəyişir. Kiminə görə bu ayda 500, kiminə görə 5000, kiminə görə də 50 000Azn-dir.

Əcdad heyvandarlıq və əkinçiliklə yüksək səviyyədə məşğul olub. Ağqoyunlu, qaraqoyunlu adlı dövlətlər də qurub. Sənayedə avropadan, texnologiyada yaponlardan geri qalmağımızı hardasa qəbul eləmək olar, bəs aqrosektorda niyə bu qədər geridə qalmışıq? Bu sözümə görə AzTv məndən inciməsin, niyə Almaniyada orta fermer təsərrüfatı 2 milyon dollar dəyərləndirilərkən, burda eyni ölçülü biznes 10 dəfə aşağıdır, hətta zərər edir?! Fermer niyə zərər edir sualını rəsmilərə soruşsan inkar edəcək, əhaliyə soruşsan demaqoji və deyingənlikdən o tərəfə cavab almayacaqsan. 

Ona görə həddimə olmasa da bir balaca təhlil aparıb ortadakı aşikar problemləri sadalayacam. Bu təhlil hər zaman tənqid və rəylərə açıq olacaq. Bu torpaq, bu insan bizimdir, siz də yıxıcı yox, “yapıcı” fikirlərinizi bildirin ki, məqaləmiz bəzi şeyləri düzəltmək üçün bəlkə dua yerinə keçər!

Fermer niyə zərər edir

1. Fermer təsərrüfatların optimal ölçülərdə olmaması.

Düzəldə biləcəyimiz ən əsas problem budur. Çox məqalələr, təhlillər oxuduqdan, xarici təcrübəni öyrəndikdən sonra belə qənaətə gəldim ki, hər təsərrüfat üçün minimal hədd təyin edilməlidir. Tutaq ki, əkinlə məşğul olmaq üçün ən azı 10 ha torpaq, bordağ və ya südlük inək biznesi üçün ən azı 30 baş iribuynuzlu, qoyunçuluq üçün ən azı 300 baş, istixana üçün 1ha, quşçuluqda 500 ədəd heyvan olmalıdır. Bu rəqəmlər daha da dəqiqləşdirilə bilər, əminəm ki, ADAU-da bu istiqamətdə daha elmi araşdırma və biliklər var. Bunun üçün ayrı məqalə hazırlamağa çalışacayıq. 

Fikrimi belə izah edim. Tutaq ki, bu gün fermer 10 ha torpaqda taxıl əkir. 1ha-da 30 sentner məhsul yığıb 33 qəpikdən sata bilsə, 1000Azn gəlir olur. Bundan da xərcləri çıxanda 300-400Azn qazanc qalır. 10 ha əkinlə məşğul olan fermer demək 1 ildə cəmi 3-4 000Azn+2 000Azn subsidiya=5-6 000Azn qazanır. Bu isə çəkilən əziyyət qarşılığnda böyük rəqəm deyil. 

fermer niyə zərər edir

Amerikada əkin təsərrüfatlarının orta ölçüsü 30 ha-dır. Bizdə isə yuxarıdakı şəkildən də göründüyü kimi 93% əhali 10 ha-dan kiçik ərazidə əkin aparır. Düzdür bunların hamısı taxıl deyil, amma əksəri taxıl, pambıq, qarğıdalı, günəbaxandır. Yəni bizim yerli fermerləin 93%-i bu düşdükləri dar dairədən çıxa bilmir, dövlət nə qədər subsidiya versə də bu durum düzələnə oxşamır. Çünki problemin kökü təsərrüfatın optimal ölçüdə olmamasıdır.

fermer niyə zərər edir

Eyni şeyləri heyvan təsərrüfatı üçün də demək olar. Yenə də iribuynuzlu heyvan təsərrüfatları üçün bizə görə optimal say 30-dur. Heyvan sayı aşağı olanda camaatın da dediyi kimi ancaq “yavanlıq, dolanışıq” çıxır. Yuxarıdakı şəkildən də göründüyü kimi fermerlərimizin 95%-inin təsərrüfatlarında heyvan sayı 20-dən aşağıdır. Otlaq sahələrinin kəskin azaldığı bir dövrdə bu sayda ferma ancaq amortizasiya və dolanışıq xərclərini çıxara bilər.

Əvəl-axır bizdə də kooperativlər haqqında qanun qəbul olunacaq. Kooperativlər birlikdə böyümək üçün yaxşı model ola bilər.

2. Məhsulun qiyməti

Ən mübahisəli və fermer dostlarımızın yanıldığı əsas hissə budur. Təbii ki, fermer məhsulunu baha satmağa, dövlət isə qiyməti salmağa çalışır. Həll yolu çoxdur. Platforma olaraq yerli məhsullarımızın orqanik və dadlı olduğunu və bahalı xarici bazarlarda satılmasını təşviq edirik. Bütün dünya GMO-lu zəhər yeyərkən, Azərbaycan dünyanın ən böyük orqanik butikidir. Sadəcə bunu yaxşı bazarlamaq, yəni marketinq lazımdır.

Məhsulun qiymətini qaldırmaqdansa, maya dəyərini aşağı salmaq lazımdır. Bu il sarımsaq əkənlərin niyə zərər elədiyi barədə ayrıca məqalə də yazmışdıq. Sarımsağın maya dəyəri necə 6Azn-ə çıxır anlamaq olmur?!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

2 thoughts on “Fermer niyə “qazanmır”?

  • November 21, 2018 at 1:22 pm
    Permalink

    Əziz Tural bəy,

    Çox gözəl məqalədir. Çox gözəl məqamlara toxunmusuz. Bir neçə məsələyə diqqət çəkmək istərdim.
    Vurğulayırsınız ki, “Azərbaycan dünyanın ən böyük organik butikidir”. Bu müzakirəyə açıq məsələdir. Birincisi bunun belə olub olmadığı heç kəsə məlum ola bilməz. “Ən böyük” problemli və sual doğurandır. Ümumiyyətlə bəlkə də GMOya keçidi kiçik və böyük fermerlərimiz dəyərləndirməlidir. Dünyanın bir çox inkişaf etməkdə olan, əhalisinin əsas gəlir mənbəyi k/t olan ölkələri GMO ilə belə desək “həyata tutuna bilirlər”. Unutmayaq ki, GMO sağlamlıqla bağlı suallar doğursa da(ki bu da ayrı müzakirə mövzusudur), yüksək məhsuldarlıq və yaxşı gəlir deməkdir.
    İkinci bir məsələ, Kooperativləri çox gözəl vurğulayırsız. Sizinlə razıyam. Əlavəm isə o olardı ki, kooperativlərlə birgə dövlət “contract farming” in inkişafı yönündə işlər görməldir. Xırda təsərüfatların inkişafı üçün bu mütləqdir. Əlavə olaraq da saxlanma məntəqələrinin funksiyası, effektivliyi və məqsədə uyğun istifadəsi təmin edilməlidir.

    Hörmətlə,
    Orxan

    Reply
    • November 21, 2018 at 1:40 pm
      Permalink

      Salam Orxan mm!
      Göz gözəl izah vermisiniz.
      Bəli özüm şişirdib ən böyük deyirəm ki, PR olsun. Bir də səbəbi var. Bizim yarmarkaları səliqəyə salsalar o boyda dükan çətin tapıla dünyada.
      GMO-nu uzaq edək e qardaş. 5 adamdan 3-də rak çıxır.
      Kooperativlər haqqında dediyiniz termini araşdıracam. Varsa sizin də bu haqda əlavə qeydlriniz göndərin. Bir də Türkiyə təcrübəsini araşdırıram.
      Təşəkkürlər səviyəli və savadlı rəyiniz üçün

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!