Fermerlər üçün maarifləndirici təlim keçirilib

Saatlı və Sabirabad rayonlarında pambıq əkini ilə məşğul olan fermerlər və təsərrüfat sahibləri üçün maarifləndirici təlim keçirilib. fermerler -KTN-telim keçib

Təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Damət Sultanovun rəhbərliyi ilə baş tutub. Təlimdə aşağıdakə məsələlər müzakirə olunub.

  • Pambıq sovkasına qarşı aparılan mübarizə tədbirlərinin hazırkı vəziyyəti;
  • Uçot-müşahidə işlərinin aparılması, sirayətlənmə dərəcəsinin müəyyən edilməsi;
  • İqtisadi Ziyanvurma Həddi (İZH) anlayışının tətbiqi ;
  • Sahələrdə aparılan mübarizə zamanı texniki təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı əyani məşğələlərin keçirilməsi ;
  • Pestisidlərin tətbiqindən sonra əkin sahələrinin kənarlarına xəbərdaredici nişanların qoyulması.

Təlimdə Saatlı və Sabirabad rayonlarının kənd təsərrüfatı idarələrinin və “Aqrolizinq” ASC-nin mütəxəssisləri, fermerlər, təsərrüfat subyektlərinin rəhbərləri və yerli mütəxəssislər iştirak ediblər.

Tədbirin sonunda iştirakçılara həyata keçirilən tədbirlər zamanı texniki təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı müvafiq tövsiyələr verilib. Pestisidlərin tərkib mexanizminə uyğun olaraq insanların sahələrə buraxılması müddəti ilə bağlı əyani vəsaitlər, bukletlər təqdim olunub və təlimatlarda göstərilən təhlükəsizlik tədbirlərinə riayət olunması istiqamətində fikir mübadiləsi aparılıb.

 

Mənbə

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика